BANK

Kartların savaşı: «Yubiley kartları», «Yığım Əmanəti», “BirKart” - HANSI SƏRFƏLİDİR?
09 İYUN
417

Kartların savaşı: «Yubiley kartları», «Yığım Əmanəti», “BirKart” - HANSI SƏRFƏLİDİR?

2016-06-09 15:32:00

Nağdsız əməliyyatların günü-gündən artması əhali arasında plastik kartlara olan marağı artırıb. Bunu nəzərə alan Fins.az oxşar məzmunlu növbəti 3 kartı müqayisə edib.

Müqayisə üçün Amrahbankın“Yubiley kartları”, DəmirBankın “Plastik Kartla Yiğim Əmanəti” və Kapital Bankın “BirKart” məhsulu seçilib. Hər 3 kart özündə debet və depozit kartlarının xüsusiyyətlərini birləşdiri, yəni kartdakı vəsaitlər istifadə edilmədikdə onlar sahibinə əlavə gəlir gətirir.

Eləcə də bax: Kartların savaşı: «Kartmane», «Albalı Plus», və «Mycard»- HANSI SƏRFƏLİDİR?

Bankların hər biri öz kartını bazarda ən sərfəli variant kimi təqdim edir. Amma hansı kartın daha sərfəli variant olduğu müqayisədən məlum olur. Qeyd edək ki, müqayisə kartların əsas göstəriciləri – qiyməti, müddəti, depozit funksiyasının gətirəcəyi gəlirin səviyyəsi, nağdlaşdırma komissiyası, internet və mobil bankinq imkanların olub-olmaması və digər xüsusiyətlər üzərində aparılıb. Həmçinin məqalənin davamında BirKartın kredit, taksit, bonus  kartı kimi xüsusiyyətləri də əks olunub. 

Aşağıdakı cədvəldə 3 debet kartın depozit imkanlarının müqayisəli təhlili ilə tanış ola bilərsiniz.

 Kartın adı

 Yubiley kartları

 Plastik Kartla Yiğim Əmanəti

 BirKart

 Aid olduğu Bank

 Amrahbank

 Dəmir Bank

 Kapital Bank

 Qiyməti

 pulsuz

 pulsuz

pulsuz

 Müddəti

 1 il

 1 il

 3 il

 Valyutası

 AZN, USD, EURO

 AZN, USD

 AZN

 Kartın növləri

 Visa Classik, Visa Gold və Mastercard Platinum

 Cirrus/Maestro kartı

Visa Platinum, Visa Classic, Visa Gold

 Kartın xüsusiyyəti

 Debet,depozit

 Debet,depozit

Kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kartı

 Nağdlaşdırma faizi

 1% min. 1 AZN/USD/EURO

 0

 0

 İlkin minimal mədaxil

 Visa Classik -100 AZN/USD

Visa Gold   – 500 AZN/USD/EUR

Mastercard Platinum -1000 AZN/USD

 50 AZN / USD

 -

 Sms məlumatlandırma

 Aylıq 1.30 AZN

 Illik 9 AZN

 pulsuz

 Mobil bankinq

 Illik 10 AZN

 yoxdur

 pulsuz

 İnternet bankinq

 İllik 10 AZN

 Illik 5 AZN

 pulsuz

 Depozit faizlərin hesablanması

 Faizlər qalıq məbləğə aylıq oturulur

 Faizlər qalıq məbləğə aylıq oturulur

 Faizlər qalıq məbləğə aylıq oturulur*

Digər bankomatlarda nağdlaşdırma faizi

1.5%- Azericard prossesinq mərkəzinə daxil olan bankomatlarda min. 2 AZN, Millikartda isə bankomatlar vasitəsilə min.3.5 AZN, Pos-terminallar vasitəsilə min. 5 AZN/USD/EURO

1.5%- Millikart prossesinq mərkəzinə daxil olan bankomatlarda min. 1.5 AZN, Azericardda isə min. 3.5 AZN

1.5%- min. 3.5 AZN


Kartlar üzrə hesabdakı qalığa faiz dərəcəsi aşağıdakı kimi hesablanır:
*Depozit faziləri ayda 1 dəfə və minimum 1 AZN olmaqla, BirKart hesabına köçürülür. Depozit faizləri gündəlik olaraq kartdakı qalıq məbləğə hesablanması üçün, balansınızda minimum 50 AZN vəsait olmalıdır.

 

 Kapital Bank- BirKart

 Kartın növü

 Visa Classic

 Visa Gold

 Visa Platinum

 İllik faiz

 1%

 2%

 3%

 DəmirBank-Plastik Kartla Yığım Əmanəti

 Məbləğ

 AZN

 USD

 1 000 -ə qədər

 4%

 3%

 1 000-dən yuxarı

 5%

 3%

Amrahbankın Yubiley kartlarında isə faizlər qalıq məbləğə illik 5%-lə hesablanır və faizlər hesaba aylıq oturulur. 

BirKart Kredit Kartı kimi

BirKartla 40 günədək güzəşt müddəti olan 10.000 AZN-dək kredit xətti əldə etmək mümükündür. Kartın müddəti 36 ay, ödəniş müddəti isə 60 ay təşkil edir.

 Kapital bank- BirKartın kredit limiti

 

Visa Classic

Visa Gold

Visa Platinum

 Minimal Kredit limiti (AZN)

 300

 3000

 7000

 Maksimal Kredit limiti (AZN)

 2999

 6999

 10 000

 

 

 

 

BirKart Taksit kartı kimi

Birkartın taksit kart xüsusiyyəti də var.

BirKart-la partnyor mağazalarında istənilən məhsulu alıb, dəyərini hissə-hissə ödəmək mümkündür. Xərclənən məbləğ 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və ya 18 aya bölünməklə, bərabər hissələrlə ödənilir.

Ödəniş forması:

Maaş və ya pensiya məbləğinin karta köçürüldüyü tarixə uyğun olaraq 3 ödəniş intervalından birini seçmək mümkündür:

Hər ayın 1–10 aralığı (10-u daxil)

Hər ayın 11-20 aralığı (20-si daxil)

Hər ayın 21-dən ayın son tarixi (ayın son günü daxil)

İllik faiz dərəcəsi:

Partnyor əməliyyatları üzrə - 0%

*Bəzi partnyor mağazaları istisna olmaqla.  

BirKart Bonus kartı kimi

BirKart sahibinə həmçinin bonuslar qazandırır. Bonusları pula çevirib, yenidən xərcləyə bilərsiniz. Bonus məbləği kartın növündən aslıdır. Aşağıdakı cədvəldə kartın növü və hesablanan bonus faizini öyrənə bilərsiniz.

Əməliyyat növü

Visa Classic

Visa Gold

Visa Platinum

Taksit əməliyyatı

0,40%

0,45%

0,50%

Nağdsız ödənişlər

0,20%

0,25%

0,30%

 

Qazanılan bonus 13 ay ərzində istifadə edilməlidir. 3 ay ərzində istifadə olunmadıqda bonus balansı sıfırlanır.  Bankın bankomatlarından bonus balansını yoxlamaq müümkündür. Əməliyyat zamanı bonuslardan istifadə olunub-olunmaması istəyə əsasən müəyyən olunur, istifadə olunmuş bonusa yenidən bonus hesablanmır.

Bonusların istifadə olunması aşağıdakı kimidir:

Kapital Bank-ın POS terminalında

1 bonus = 1 AZN

Kapital Bank-da hər hansı xidmət üzrə komissiya ödənilməsi

1 bonus = 3 AZN

Kapital Bank ATM-lərində

1 bonus = 0.5 AZN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272