BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
09 İYUN
575

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-06-09 11:24:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar “Amrahbank”, “Dəmirbank”, “Bank of Baku” və “Expressbank”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1,5080 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)” dır. Bu bankda alış qiyməti 1,4500 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə  Pakistan Milli Bankının Bakı filialı və “Azərpoçt”dadır. Bu bank dolları 1,5200 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Yapı Kredi Bank (Azərbaycan)” dır. Bankda satış qiyməti 1,5668manatdır.

Avro qiymətləri

Avronu ən baha “Amrahbank”alır– 1,7150manata. Avronun ən ucuz götürüldüyü bank “Nikoyl Bank”- 1,6500 manata. Avronu ən ucuz “Bank Silk Vey”, “Azərpoçt” və “Turanbank” satır – 1,7350manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı””– 1,7891manata. 

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275