BANK

Azərbaycanda kreditə görə intihar artıb - RƏSMİ AÇIQLAMA
08 İYUN
309

Azərbaycanda kreditə görə intihar artıb - RƏSMİ AÇIQLAMA

2016-06-08 12:46:00

"Fevral ayından bank kreditini ödəyə bilmədiyi üçün intihar hallarının sayında artım qeydə alınıb".

Fins.az Lent.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, fevral ayında bununla baǧlı 6 nəfər mərkəzə gətirilib: "Onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında bununla əlaqədar 8, aprel-may ayları ərzində 4 müraciət daxil olub".

Hazırda bank krediti problemi olanların intiharı ilə baǧlı müraciətlərin azaldıǧını deyən Baş toksikoloq deyib ki, intihara cəhd edənlər əsasən sirkə turşusu içiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275