BANK

Rusiyada oxumaq istəyənlərə təhsil krediti veriləcək - ŞƏRTLƏR
08 İYUN
235

Rusiyada oxumaq istəyənlərə təhsil krediti veriləcək - ŞƏRTLƏR

2016-06-08 11:04:00

Bank VTB (Azərbaycan) Rusiyanın təhsil müəssisələrində oxumaq istəyən abituriyent və tələbələrə dəstək layihəsinə başlayır. Bankdan Fins.az-a daxil olmuş məlumata görə, layihə Rossotrudniçestvo-nun Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirilir.

Layihənin təqdimatı 9 iyun 2016-cı il saat 12.00-da Bakı şəh., Xocalı pr. 1178 ünvanında yerləşən Rusiya informasiya-mədəniyyət mərkəzində baş tutacaq.

Yeni proqrama əsasən, bank Rusiyanın təhsil müəssisələrində oxumaq istəyən və ya artıq oxuyan şəxslərə sərfəli şərtlərlə təhsil krediti təklif edir. Layihə Rusiyanın istənilən ali və orta, orta-ixtisas məktəblərində təhsil haqqının ödənişi üçün kreditin verilməsini nəzərdə tutur. Kredit eləcə də əlavə təhsilin, təkmilləşmə və peşə hazırlığının ödənişinə ayrıla bilər.

Şərtlərə görə, kredit təhsil alanın, eləcə də onun yaxın qohumunun adına verilə bilər. Pul vəsaitini Azərbaycan manatı və ya rus rublunda 6 aydan 60 ayadək almaq mümkündür. Borcalandan təhsil üçün ilkin ödəniş tələb olunmur. Tələbə fərqlənmə ilə oxuduğu halda kreditin faiz dərəcəsinin 1% azaldılması da nəzərdə tutulur.

 “Təhsil layihəsinin əsas məqsədi keyfiyyətli təhsil almaq istəyən, lakin bunun üçün ödəniş etmək imkanı olmayan insanlara kömək etməkdir. Bu proqram bir çox gəncə təhsilini sonraya saxlamamağı, əksinə, öz arzusunu istədiyi zamanda reallaşdırmağa imkan verəcək. Təhsilə olan sərmayə – ən sərfəli və uğurlu yatırımdır. Azərbaycan gənclərinin uğurlu gələcəyinin qurulmasında bank VTB (Azərbaycan) olaraq iştirak etdiyimiz üçün qürur duyuruq”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri YuriYakovlev bildirib.

Bütün VTB qrupda olduğu kimi, bank VTB (Azərbaycan)-ın siyasətində də sosial-korporativ məsuliyyətə xüsusi yer verilir ki, bank bu istiqamətdə fəaliyyəti çərçivəsində təhsil, mədəniyyət, idman və səhiyyənin inkişafı üzrə müxtəlif proqramları dəstəkləyir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272