BANK

Əmanətçilərin pullarını hissə-hissə qaytarırıq – BANK RƏSMİSİ
07 İYUN
616

Əmanətçilərin pullarını hissə-hissə qaytarırıq – BANK RƏSMİSİ

2016-06-07 11:44:00

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan banklardan biri – «Zaminbank» əmanətçilərin öz pullarını bankdan çəkməsi halı ilə üzləşib. Bu ilin əvvəlindən əhalinin "Zaminbank" ASC-dəki əmanətləri təxminən 10 mln. manat və ya 12% azalıb. Bunu fins.az-a açıqlamasında "Zaminbank" İdarə Heyətinin üzvü Orxan Quliyev deyib.

Onun sözlərinə görə, "Zaminbank"dan əmanət axını dayanmadığı üçün fiziki şəxslərin müddətli əmanətləri hissə-hissə qaytarılır: "Biz ilkin olaraq əmanətini götürmək istəyənlərin vəsaitinin 20%-ni veririk. Tədricən isə əmanətçilər bütün pullarını alırlar".

Bank rəsmisinin sözlərinə görə, əmanətlərin hissə-hissə verilməsi yalnız vaxtından əvvəl götürülən əmanətlərə aiddir: «Bu məsələ müqavilədə də nəzərdə tutulub. Vəsaitlərini vaxtından əvvəl götürmək istəyən əmanətçilərin pullarının ilkin olaraq 20%-i qaytarılır, qalan hissə isə 10 iş günü ərzində qaytarılmalıdır, amma bizdə bu müddət daha az olur. Yəni əmanətçilər pullarını 10 gündən daha tez alırlar».

O.Quliyev bildirib ki, hazırda əmanətlərin vaxtından əvvəl çəkilməsi ilə bağlı müraciətlərin sayı çox olsa da, bir neçə ay əvvəllə müqayisədə bu prose sbir qədər səngiyib: «Devalvasiya zamanı yaranmış ajiotajda belə müraciətlər daha böyük idi. O vaxtla müqayisədə əmanətələrin götürülməsi sayı xeyli azalıb».

Bank rəsmisi bildirir ki, baş verənlər müştərilərin də davranışını dəyişib: «Elə müştərilər var ki, ajitotaj vaxtı pullarını götürdülər, amma indii yenidən banka yatırırlar, özü də manatla».

O.Quliyevin sözlərinə görə, əmanətçilərin Banka kütləvi müraciətinə baxmayaraq, "Zaminbank" hələ ki, kənardan dəstəyə və ya müdaxiləyə ehtiyac görmür: «Hələlik problem və təhlükə yoxdur, öz imkanlarımız hesabına əmanətləri qaytarırıq. Vəziyyət ciddiləşərsə, onda Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərik".

"Zaminbank"dakı əmanətlər azalsa da, bank rəhbərliyi hələ ki, əmanətlərin faiz dərəcələrini artırmaq, bu yolla vəsait cəlb etmək barədə düşünmür. "Bizdə əmanətlər üzrə illik gəlirlilik 10%-dir və hazırda faiz dərəcəsinin artırılması barədə düşünmürük. Üstəlik, əmanətləri qaytarmağımızın özü, indiki vaxtda ən yaxşı reklamdır ", - deyə O.Quliyev qeyd edib.

Bununla yanaşı, əmanətlərlə baş verənlər nəticəsində bank hələlik kredit verməyi məhdudlaşdırıb: «Hazırda «Zaminbank» istehlak kreditlərinin verilməsini demək olar ki, dayandırıb, yalnız biznes məqsədlər, xüsusilə də kənd təsərrüfatına yönəlik kreditlər veririk».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275