BANK

Dollar bahalaşacaqmı?- AÇIQLAMA
07 İYUN
1448

Dollar bahalaşacaqmı?- AÇIQLAMA

2016-06-07 08:11:00

ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, "İqtisadi şərtlər imkan verərsə faizləri mərhələli artırmaq uyğun olar" - deyib, amma müəyyən bir zamandan bəhs etməyib.

Yellen, Bazar ertəsi Filadelfiyada etdiyi çıxışında, "Faizlərin mərhələli şəkildə yüksəldilməsinin lazım olacağını düşünməyə davam edirəm" - deyib.

ƏVVƏL NECƏ DEMİŞDİ?

Yellen, Fedin yenidən nə zaman faiz artırıması lazım gəldiyi əvvəlki sözünə nisbətən daha az açıq idi. Yellen, 27 İyunda Harvard Universitetində etdiyi çıxışında, faiz artırımının "növbəti aylarda" yəqin ki, uyğun olacağını söyləmişdi. Yellen, bugünkü çıxışında "yaxın aylarda" ifadəsinə yer vermədi. Çünki, cümə günü açıqlanan May ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi təxminən altı ayın ən aşağı artımını göstərdi və bunun nəticəsində, faiz artırımına dair gözləntilər sürətlə zəiflədi.

Yellen, May ayı məşğulluq göstəricisinin təəssüf hissi yaratdığını və narahatverici olduğunu qeyd edib və digər tərəfdən, məşğulluq hesabatının bir neçə müsbət nöqtəsindən biri kimi, orta saatlıq qazanclara işarə edib.

Yellen, "Məşğulluq artımındakı son yavaşlama işarələrinin diqqətlə izlənməsi lazımdır" deyib və "Əgər Mayda məşğulluq hesabatı bir anomaliyasa, ya da ilin əvvəlində iqtisadi fəaliyyətdəki zəifləmədən yaranan müvəqqəti ləngiməni əks etdirirsə, məşğulluq artımı yuxarı istiqamətdə hərəkət etməli və gəlirdə daha da artımla nəticələnməlidir" şəklində danışıb.

Yellenin bugünkü çıxışı, Fed-in növbəti toplantısından səkkiz gün əvvəl oldu.

Fed sədri, pul siyasətinin daha əvvəldən təyin olunmuş bir yolda getmədiyini sözlərinə əlavə edib.

Yellen, inflyasiyanın tədricən 2 faiz hədəfinə yüksələcəyini gözlədiyini bildirib.

ABŞ-da Cümə günü açıqlanan kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin 164,000-lik gözləntidən olduqca aşağı qalaraq May ayı üçün 38,000 olaraq reallaşmışdı. 

Fed iclasını 14-15 İyunda həyata keçirəcək. Sonuncu dəfə Dekabrda faizi artıran Fed bu il hələlik faizdə dəyişikliyə getməyib.

Yellenin açıqlamalarından sonra dollar ucuzlaşıb. Avro/dollar məzənnəsi 1.1374 səviyyəsinə qalxıb. Əgər Fed faizləri qaldırmağı bir müddət də təxirə salarsa dolların daha da ucuzlaşacağı gözlənilir.

Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275