BANK

«Kreditlə bağlı məhkəmələrin 90%-ni banklar udur» - ARAŞDIRMA
06 İYUN
484

«Kreditlə bağlı məhkəmələrin 90%-ni banklar udur» - ARAŞDIRMA

2016-06-06 13:43:00

Azərbaycan məhkəmələrində kredit borcları ilə bağlı araşdırılan mübahisələrin əksəriyyəti bankların xeyrinə həll edilir. Hüquqşünaslar fins.az-a bildirib ki, bunun əsas səbəbi kredit müqavilələrinin banklar tərəfindən tərtib edilməsi və qanunvericiliyin maliyyə qurumlarının «tərəfində olmasıdır». Hərçənd bəzi müştərilər banklarla axıradək mübarizə aparmaqdan çəkinmirlər.

Məhkəməyə ən çox banklar üz tutur
Fins.az-ın aşardımalarına görə, ölkə banklarının demək olar ki, hamısı müştərilərindən krediti məhkəmə yolu ilə almağa üstünük verirlər. Xüsusilə, faizlərin hesablanması və borcların ödənilməsinin icracı, zaminlərdən borcun tələb olunması, əmlakın qiymətləndirilməsi ilə bağlı şikayətlər üstünlük təşkil edir. İddialar həm istehlak, həm də biznes kreditlərinə aiddir. Bu sahədə xüsusilə aktivlik nümayiş etdirən banklar arasında «Bank of Baku», «Bank Respublika», «Zaminbank» və başqalarını misal göstərmək olar.

«Məhkəmədə uduzmamaq üçün variantlar var»
Hüquqşünas-vəkil Asif Abdullayev bildirir ki, məhkəmə çəkişmələri əsasən, dollarla götürülən kreditlərin qaytarılması ilə bağlıdır. Bu zaman qətnamələr Konstitusiya Məhkəməsinin 2015-ci il 5 may tarixli qərarı əsas götürülərək vətəndaşların ziyanına qəbul edilir. Amma vəkil bildirir ki, vətəndaşlar düşdükləri vəziyyətə uyğun olaraq özlərini müdafiə edə bilərlər: «Məsələn, işini itirən insan işsizlik haqqında arayış əldə edib icraçıya təqdim edərək vaxtın uzadılmasına nail ola bilər. Eyni zamanda əsassız məbləğlərlə bağlı qərardan şikayət edərək faizlərin hesablanması ilə əlaqədar məhkəmə ekspertizasının təyin edilməsini iddia edə bilər».

İlk məhkəmələrin 90%-ni banklar udur
Amma görünür, heç də bütün vətəndaşlar faydalanmırö Nəticədə, araşdırmalar göstərir ki, kreditlə bağlı məhkəmə mübahisələrində qərarların 90 faizi bankarın xeyrinə verilir. Bunun əsas səbəbi, müqavilə şərtlərinin birmənalı olaraq həmişə bankların xeyrinə olmasıdır. Müqaviləni banklar özləri tərtib etdiyinə görə, buradakı şərtlər də adətən banklara sərfəli formada olur.
Vətəndaşların məhkəmələrdə uduzmasını əsas səbəblərindən biri də birgə mübarizənin olmaması ilə bağlıdır. «Əgər şikayətlər kütləvi şəkildə olarsa, məhkəmələr, hakimlər öz qərarlarına daha diqqətlə baxmağa məcbur olardılar»-deyə hüquqşünaslar bildirir.

Banklara qalib gələn 10%
Hüquqşünasların fikrincə, ancaq 10 faiz hallarda məhkəmələrdə vətəndaşların iddiaları təmin edilir. Onların sırasında sahibkarlar üstünlük təşkil edir. Çünki ancaq bu təbəqədən olan şəxslər öz hüquqlarını müdafiə etmək üçün maliyyə imkanlarına malikdirlər. Sadə vətəndaşların pullu vəkil xidmətlərindən istifadə etmək imkanları olmaığından əksər hallarda hallarda məhkəmələrə müraciət etmirlər.

«Müştərilər axıradək mübarizə aparırlar»
Qərarların çoxunun bankların xeyrinə olması məhkəmə proseslərini uzadır. Qərarların təxminən 98 faizindən apellyasiya şikayəti verilir. Apellyasiya Mıhkəməsində də həmin qərarların 80 faizi qüvvədə saxlanılır. Yalnız 20 faiz hallarda vətəndaşların xeyrinə yeni qərar qəbul olunur. Bu qərarlardan isə 70 faiz hallarda Ali Məhkəməyə şikayət verilir. Hüquqşünasların məlumatına əsasən, hələlik bu instansiyada baxılan bank mübahisələrinin sayı çox azdır. Onlardan da bir neçəsində vətəndaşın xeyrinə qərar qəbul edilib. Hazırda isə Ali Məhkəmədə baxılması gözlənilən bank mübahisələri daha çoxdur.

Qanunvericilik «bankların tərəfindədir»
Hüquqşünas Nicat Gözəlov bildirib ki, rəqəqmlərin bu qədər kəskin fərqlənməsi mövcud qanunvericiliklə bağlıdır. Belə ki, qanunlarda maliyyə mübahisələrində vətəndaşların, istehlakçıların xeyrinə ciddi müddəalar yoxdur. Banklar da bu «münbit şəraitdən» rahatca yararlanırlar. Hüquqşünas bildirir ki, son vaxtlar müştəridən əlavə faizləri və cərimə məbləğlərini istəyən banklar azalıb. Banklar əsasən borcun əsas hissəsini və müqavilədə göstərilən faizlərlə kifayətlənməyə çalışır, cərimə məsələsində axıradək inadkarlıq etmirlər. Bunun səbəbi məhkəmələrdə onlara verilən tövsiyələrdir. «Onlara bildirilir ki, müştərilərlə razılığa gəlib krediti sülh yolu ilə qaytarmaq aha yaxşıdır»-deyə hüquqşünas vəziyəti izah edir.

Bankların zəifləməsi vətəndaşların xeyrinə olub
Hüquqşünaslar bildirir ki, bankların maliyyə vəziyyətlərinin pisləşməsi onların məhkəmə mübahisələrindəki qətiyyətini də azaldıb. Onlar məhkəmə çəkişmələrinə əvvəlki qədər böyük vəsait və resurs sərf edə bilmədiklərinə görə, müştərilərlə razılaşmağa çalışırlar. «Əgər bankların vəziyyəti indiki kimi kritik olmasa, məhkəmə qərarlarının demək olar ki, hamısı onların xeyrinə olardı»-deyə vəkillər bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272