BANK

Azərbaycanda hansı banklar kredit verir? - SİYAHI
06 İYUN
1698

Azərbaycanda hansı banklar kredit verir? - SİYAHI

2016-06-06 12:52:00

Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir. Fins.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, artıq banklar məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.

Hazırda "Rabitəbank", "Accessbank", AFB Bank", "Kapital Bank", "Azər-Türk Bank", Atabank", "Bank of Baku", Bank Respublika", "Paşa Bank", "Unibank", "Bank Avrasiya", "Dəmirbank", "Parabank", Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil", Bank BTB", "Caspian Development Bank" manatla kredit verilişini həyata keçirir.

Qeyd edək ki, "Rabitəbank" və "Parabank" lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.

"Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azerbaijan" isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. "Ziraat Bank Azerbaijan" isə hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.

"Xalqbank"da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə verilən kreditlər aktivdir.

Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. "Bank Avrasiya" və "Bank Nikoil" dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.

"Report" hazırda bankların kredit təklifləri üzrə göstəricini təqdim edir:

Banklar Manatla Dollarla
1 Rabitəbank + +
2 NBC Bank - -
3 Expressbank - -
4 Kredobank - -
5 Accessbank + -
6 AFB Bank + -
7 Kapitalbank +  
8 Günaybank - -
9 Azər-Türk Bank + +
10 Zaminbank - -
11 ASB bank - -
12 Atabank + -
13 Bank of Baku + -
14 Bank Respublika + -
15 Paşabank + -
16 Turanbank - -
17 Unibank + -
18 Silk Way Bank - -
19 Bank Avrasiya + +
20 Dəmirbank + -
21 Parabank + +
22 Azərbaycan Beynəlxalq Bankı + +
23 Bank Nikoil + +
24 Muğanbank - -
25 Xalqbank - -
26 Amrahbank - -
27 Dekabank - -
28 BTB + +
29 Caspian Development Bank + -
30 AGBank - -
31 Bank VTBAzərbaycan - -
32 Yapı Kredi Bank Azərbaycan - -
33 Bank Standard*    
34 Ziraat Bank Azərbaycan**    

+Kredit verilir

-Kredit verilmir

*Banka müvəqəti inzibatçı təyin olunub. Hazırda yalnız xırda əmanətlərin qaytarılması həyata keçirilir, digər bank əməliyyatları aktiv deyil.

**Ancaq biznes kreditləri aktivdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271