BANK

TBC Kredit də ziyana düşdü – HESABAT
06 İYUN 2016
192

TBC Kredit də ziyana düşdü – HESABAT

2016-06-06 12:45:00

TBC Kredit bank olmayan kredit təşkilatı 2015-ci il üzrə illik maliyyə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, təşkilat 2015-ci ili 2,5 milyon manatlıq zərərlə başa vurub. 2015-ci ilin sonunda TBC Kreditin cəmi aktivləri 49 milyon 187 min manata bərabər olub ki, bu da 2014 cü illə müqayisədə, 28% (10,77 milyon manat) çoxdur. 

Ötən ilin sonlarında təşkilatın məcmu kapitalı 10 milyon 803 min manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 18,8% (2.5 milyon manat) azalma deməkdir. Təşkilatın cəmi öhdəlikləri isə, 52,8% (13,264 milyon manat) artaraq, 38 milyon 384 min manata bərabər olub.

Təşkilatın müştərilərə verdiyi kreditvə avansların həcmi bir ildə 11.8% (4 milyon , 296 min manat) artaraq, 40 milyon 739 min manata bərabər olub. TBCKredit 2015-ciildə faiz əməliyyatlarından 9 milyon 57 min manat gəlir əldə edib, faizxərcləriisə 2,5 mln. manat təşkil edib.

«TBC kredit»in 2015-ci ildəki fəaliyyətinin nəticələri ilə buradan tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296