BANK

«Bank Standard» pul çıxarma limitini azaltdı
06 İYUN
923

«Bank Standard» pul çıxarma limitini azaltdı

2016-06-06 10:19:00

“Bank Standard”dan vəsait çıxarılması limiti yenidən azaldırlıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, «Bank Standard»ın müştəriləri ay ərzində öz hesblarından maksimum 1000 AZN və ekvivalenti həcmində vəsait çıxara bilərlər. Xatırladaq ki, iyunun 3-dən açıqlanan məlumata görə, bank müştəriləri buradan həftədə 1000 manat, ayda isə 4 min manat vəsait çıxara bilərdilər. Amma yeni qaydalara görə, bu limit 4 dəfə azaldılaraq 1000 manat endirilib.

Eləcə də bax:«Bank Standard»da hansı əməliyyatlar bərpa edildi? - AÇIQLAMA

Belə ki, bankın müştəriləri həm cari, depozit və debet kart hesablarından birlikdə ay ərzində maksimum 1000 AZN ş.v, məxaric edə bilərlər. Müştəri bu məbləği bir dəfəyə və ya ay ərzində hissə-hissə götürə bilər. Bunun üçün bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşmaq lazımdır.

Eləcə də bax: “BANK STANDARD”-da XIRDA ƏMANƏTLƏRİN ÖDƏNİLMƏSİNƏ BAŞLANILIR

Məlumat üçün qeyd edək ki, «Bank Standard»ın əməliyyatlarına aprelin 5-dən etibarən müəyyən əməliyyatları dayandırılmışdı, bu əməliyyatlar qismən iyun ayının 3-dən etibarən bərpa edib. Amma hələlik bankın bankomatları öz fəaliyyətini bərpa etməyib. Həmçinin bankda valyuta dəyişmə əməliyyatlarını da həyata keçirmək mümkün deyil.

Eləcə də bax: "Bank Standard"la bağlı rəsmi açıqlama - TAM MƏTN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275