BANK

Bağlanan bank sığorta şirkətinin depozitini qaytarmır
03 İYUN
927

Bağlanan bank sığorta şirkətinin depozitini qaytarmır

2016-06-03 17:29:00

Azərbaycanda lisenziyası ötən ilin iyun ayında Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən ləğv edilmiş "Era Trans Sığorta" ASC müştəriləri ilə bağladığı bütün müqavilələr üzrə öhdəliklərini yerinə yetirib. Şirkətin idarə heyətinin sədri Elşən Babayev fins.az-a deyib ki, bütün öhdəliklər yerinə yetirilib və şirkətin qalan portfeli isə “Başak İnam” sığorta şirkətinə ötürülüb.

Hazırda əsas problem banklardakı depozitlərlə bağlıdır. Belə ki, şirkətin lisenziyaları ləğv edilən "Royal Bank" və "United Credit Bank"ın hər birində 300 min manat depoziti var.

"United Credit Bank"dan depozitin qaytarılmasından imtina edib. Ona görə də, bank məhkəməyə verilib və məhkəmə sığorta şirkətinin lehinə qərar çıxarıb. E.Babayev bildirib ki, hazırda həmin məbləğin bankların ləğvedicisi tərəfindən qaytarılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275