BANK

«Bankların vəziyyəti bir qədər də pisləşəcək» - REYTİNQ AGENTLİYİNİN AÇIQLAMASI
03 İYUN
900

«Bankların vəziyyəti bir qədər də pisləşəcək» - REYTİNQ AGENTLİYİNİN AÇIQLAMASI

2016-06-03 17:12:00

Aşağı neft qiymətləri və milli valyutanın dəyrədən düşməsi fonunda Azərbaycanın bank sistemi ilə bağlı neqativ proqnozunu qoruyub saxlayır. Fins.az-ın məlumatına görə, bu barədə Moody’s reytinq agentliyinin Azərbaycan bankları və bank sektorunun vəziyyəti ilə bağlı yeni proqnozunda bildirilir. 

Agentliyin açıqladığı məlumatda bildirilir ki:  

«Qarşıdakı növbəti 12-18 ay ərzində Azərbaycanın bank sistemi ilə bağlı neqativ proqnozunu qoruyub saxlayır. Bu,  reytinq agentliyinin Azərbaycan iqtisadiyyatının 2016-cı ilin sonuna qədər böhran səviyyəsində qalacağı ilə bağlı baxışını əks etdirir. Bunun əsas səbəbi isə, dünya bazarında ölkənin əsas ixrac məhsulu- neftin ucuzlaşması və nəticədə, valyuta ucuzlaşmasının bank sektoruna neqativ təsiridir. 

“Ötən bir il ərzində davam edən çətin əməliyyat mühiti milli valyutanın kəskin dəyər itirməsi ilə birləşərək, Azərbaycan banklarının aktivlərinin keyfiyyətinə, kapitallaşma, gəlirlilik və maliyyə vəziyyətinə mənfi təsirini göstərəcək”- bunu Moody’s-nin vitse-prezidentinin köməkçisi və analitik, Maria Malyukova deyib.

2016-cı il 29 aprel pres-relizində qeyd olunduğu kimi, Moody’s-nin proqnozlarına əsasən, Real Ümumi Daxili Məhsul 2016-cı ildə 3,3% azalacaq, nəticədə iqtisadi gəlirlərin 31%-ni, ixracatı isə 90%-dən artığını təşkil edən karbohidrogen sektoru aşağı səviyyədə qalır. Azərbaycan banklarıının aktivlərinin keyfiyyətidə pisləşib ki, bunun əsas səbəbi milli valyutanın kəskin dəyər itirməsidir. 

“Biz, ümumi kreditlərin 20%-ni təşkil edən problemli kreditlərin həcmində 2015-ci illə müqayisədə 15% artım gözləyirik” Ms. Malyukova izah edir. “Burada, zəifləyən manat, pisləşənbazar şərtlərivə borc alanlar üçün borc yükü xidmətlərini artırır”. Moody’s hesab edir ki, artan kredit xərcləri gümanki, bankların gəlirliliyi və kapitallaşmasında daha böyük enişlərə aparacaq. 

Reytinq Agentliyinin fikrincə, buil  xərclər gəlirləri üstələyəcək. Moody’s-nin hesablamalarına görə, sistemin kapitallaşdırılması 100 əsas baldan daha da aşağı enəcək (Azərbaycanın ən böyük dövlət bankı - Azərbaycan Beynəlxalq Bankı rekapitalizasiyası da daxil olmaqla, (IBA, Ba3 stable)).

Manata güvənin düşməsi ilə əlaqədar olaraq, fond bazarında da vəziyyət ürəkaçan deyil. 2015-ci ilin sonunda xarici valyutada olan əmanətlər artaraq cəmi depozitlərin 82%-ni təşkil edib. Bu isə 2014-cü illə müqayisədə 50% daha çoxdur.

Reytinq agentliyi hesab edir ki, dövlət əsasən böyük,  sistem əhəmiyyətli banklara dəstəyini qoruyub saxlayır. Bu özünü hökumətin, ən böyük dövlət bankı olan Beynəlxalq Banka etdiyi maliyyə yardımlarında göstərir. Beləcə, devalvasiyadan sonra yaranan təzyiqin qarşısını almaq üçün dövlət tənzimləyici qismində çıxış edir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272