BANK

Beynəlxalq Bankın səhmləri ucuzlaşıb – AMMA ARTIM GÖZLƏNİLİR
03 İYUN
363

Beynəlxalq Bankın səhmləri ucuzlaşıb – AMMA ARTIM GÖZLƏNİLİR

2016-06-03 13:24:00

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin qiyməti xeyli azalıb. Fins.az-ın məlumatına görə, son iki ayda bankn səhmlərinin dəyəri 30% aşağı düşüb. 

Bu barədə Fins.az-a məlumat verən "Kapital Menecment" investisiya şirkətinin Müşahidə Şurasının üzvü Cəfər İbrahimlinin sözlərinə görə, ucuzlaşma əsasən, 2015-ci ildə ABB-də üzə çıxan ciddi problemlərdən sonra başlayıb. “Ötən ilin əvvəlində fond bazarında Bankın səhmləri 17-18 qəpiyə təklif olunurdu. Ancaq ABB-nin ötən ilin I yarısını 215 milyon manat zərərlə başa vurması və Bankın zərərlə işləməsi isə qiymətlərin düşməsini sürətləndirdi” .

Qeyd edək k, hazırda fond bazarında ABB-nin nominal dəyəri 27 qəpik olan səhmləri 7 qəpiyə təklif olunur. Başqa sözlə, bankın səhmləri nominal dəyərlə müqayisədə 74 faiz ucuzdur. C.İbrahimlinin sözlərinə görə, 2 ay əvvəl qiymət 10 qəpik olub: "Beynəlxalq Bankın səhmlərinə marağın azalması, bankin son illərdə mənfəətinin və buna parelel olaraq səhmdarlarına dividend ödəməməsi ilə bağlıdır. Son illərdə Bankdakı payını satmaq istəyənlərin sayı da sürətlə artır. Bütün bunlar səhmlərin ucuzlaşması ilə nəticələnib.».

Mütəxəssisin fikrincə, ABB-nin 2015-ci ili 823,61 mln. manat zərərlə başa vurması da onun səhmlərinin ucuzlaşmasına səbəb olub. Bununla yanaşı, səhmlərin qarşıdakı vaxtlarda bahalaşması ehtimalı da artır. Məsələ bundadır ki, bankın aktivlərinin sağlamlaşdırılması prosesi aktivlərin əlavə dəyər artışı yaratmasına və səhmlərin balans dəyərinin 30 qəpiyə yüksəlməsinə səbəb olub. Bu rəqəm 2014-cü ildə 29 qəpik təşkil etmişdi.

Eləcə də bax: Beynəlxalq Bankın özəlləşdirilməsinə hazırlıq gedir – NAZİR

Əvəzində son vaxtlar bankın sağlamlaşdırılması və buradakı yeniliklər ABB-nin fəaliyyətini təkmilləşdirə və səhmlərini bahalaşdıra bilər: «Beynəlxalq Bankın kifayət qədər əmlakı, törəmələri müəssisələri var. Eyni zamanda burada sağlamlaşdırma aparılır. İndi isə ABB-nin özəlləşdiriıməsi ilə bağlı prosesə start verilib. Artıq bankın mənfəətlə işləməyə başlayacağı gözlənilir. Cari ilin yarım illiyinin maliyyə hesabatı səhmlərin yeni qiymətinin formalaşmasında əsas göstərici olacaq».

Bununla yanaşı, ölkədə ümumi iqtisadi vəziyyət, zəif də olsa, devalvasiya əhval-ruhiyyəsi, ümumilikdə bank sektorunda problemli kreditlərin həcminin böyük olması və kreditlərin ödənilməsi ilə bağlı vəziyyət də ABB-nin səhmlərinə marağın azalmasına səbəb olub.

Qeyd edək ki, ABB əvvəlki illərdə səhmdarlarına illik 48 faiz divident ödəyib. Sonuncu dəfə ödəniş 2012-ci ildəki fəaliyyətinin yekunlarına əsasən olub. Həmin il hər səhm öz sahibinə nomanal dəyərinin 4%-i qədər (təxminən 1 qəpik) gəlir gətirib. Bu isə səhmlərin bazar dəyərini 1,7-1,8 manata qaldırıb. Son 3 ildə Bank zərərlə işlədiyini bəyan edib və səhmdarlarına divident ödəməyib.
Xatırladaq ki, ABB-nin nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i dövlətə (Maliyyə Nazirliyi), 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i isə fiziki şəxslərə məxsusdur.

Eləcə də bax: Nazir: "Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə ABB-nin 400 milyon manatlıq problemli krediti qaytarılıb"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272