BANK

«Bank Standard»da hansı əməliyyatlar bərpa edildi? - AÇIQLAMA
03 İYUN
988

«Bank Standard»da hansı əməliyyatlar bərpa edildi? - AÇIQLAMA

2016-06-03 10:15:00

Bu gün, iyun ayının 3-dən başlayaraq, Bank Standardda bəzi bank əməliyyatları aktivləşəcək. Bu barədə, Fins.az-a bankdan məlumat verilib. Belə ki, müştərilər debit kartlar üzrə, gün ərzində maksimum 200 AZN və ekvivalenti həcmində nağd və nağdsız əməliyyatlar apara biləcəklər.

Eləcə də bax: “BANK STANDARD”-da XIRDA ƏMANƏTLƏRİN ÖDƏNİLMƏSİNƏ BAŞLANILIR

Fiziki şəxslər cari depozit hesablarından həftə ərzində 1000 AZN və ekvivalentinə qədər vəsait çıxara biləcəklər. Vəsait məxaricini həm bankın baş ofis, həm də filiallarında həyata keçirmək mümkündür.

Müştərilər, banka yaxınlaşıb depozitlərinin valyutasının dəyişdirilməsi üçün də müraciət edə bilərlər. Qeyd edək ki, əmanətlər üzrə faizlərin hesablanması davam edir. Yaxın zamanda, bankda valyutadəyişmə əməliyyatlarının da bərpası da gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272