BANK

​Avropa Mərkəzi Bankı faizləri dəyişdirmədi - AVRO UCUZLAŞIR
02 İYUN
513

​Avropa Mərkəzi Bankı faizləri dəyişdirmədi - AVRO UCUZLAŞIR

2016-06-02 20:33:00

Avropa Mərkəzi Bankı (ECB) depozitlər üzrə faiz dərəcələrini dəyişdirməyərək -0,4%, uçot dərəcəsini isə 0% həddində saxlayıb. Fins.az xəbər verir ki, bir çox investisiya bankı və analitiklər ECB-nin faizləri sabit saxlayacağını proqnozlaşdırırıdı. 

Qeyd edək ki, ECB sonuncu dəfə mart iclasında faiz dərəcələrini aşağı salıb və korporativ istiqrazları alaraq maliyyə bazarlarını likvidliklə təmin edəcəyi ilə bağlı qərarı qəbul edib. Bununla yanaşı, həmin iclasda 2016-cı ilin iyun ayında 3 illik güzəştli kredit verilməsi proqramının ikinci mərhələsinə (LTRO II) başlanılacağı bildirilib.

ECB-nin uçot dərəcəsini sabit saxlaması avronun məzənnəsini bir qədər aşağı salıb. Belə ki, qərardan dərhal sonra avro/dollar cütlüyünün məzənnəsi 0,3% geriləyərək 1,1185 USD/EUR səviyyəsinə enib.

ECB rəhbəri Mario Dragi uçot və depozit dərəcələrinin hazırkı səviyyədə və ya daha aşağı olacağını və uzun müddət bu səviyyədə qalacağını bildirib. O, qlobal iqtisadiyyatda risklərin davam etdiyini, bunun da Avrozona iqtisadiyyatına birbaşa təsir etdiyini qeyd edib. 2016-cı il üçün inflyasiya üzrə yekun proqnozunu 0,1%-dən 0.2%-ə yüksəldən ECB, 2017-ci ildə inflyasiyanın 1,3%, 2018-ci ildə 1,8% olacağını proqnozlaşdırır. O, Avrozonada struktur islahatların davam etməsini, məhsuldarlığın artırılmasını və biznes mühitinin daha da yaxşılaşdırılmasının vacibliyini xatırladıb. M.Dragi mart iclasında qəbul edilmiş qərarların Avrozona iqtisadiyyatının maliyyə şəraitinin kəskin pisləşməsinin qarşısını aldığını deyib. Yunanıstan problemi üçün ECB-nin daha bir iclas keçirməli olduğunu, B.Britaniyanın isə Avropa İttifaqında qalmasının hər iki tərəf üçün müsbət nəticələnəcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274