BANK

Beynəlxalq Bankın özəlləşdirilməsinə hazırlıq gedir – NAZİR
02 İYUN
405

Beynəlxalq Bankın özəlləşdirilməsinə hazırlıq gedir – NAZİR

2016-06-02 17:03:00

Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı ilkin mərhələdə bankın sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir. Fins.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov «Amerikanın Səsi» radiosuna müsahibəsində bildirib. Nazirin sözlərinə görə, ABB-nin sağlamlaşdırılması Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir:

«Sağlamlaşdırma tədbirləri çərçivəsində bankın problemli aktivləri bankın balansından çıxarılır. Bu çıxarılma da əsasən həmin problemli aktivlərin və həmin aktivlərlə bağlı girovların və girovlarla bağlı tələb hüquqları başqa bir quruma - "Aqrarkredit" QSC-yə satılır. "Aqrarakredit" tərəfindən bunlar alınaraq həmin problemli aktivlərin, belə deyək, idarə edilməsi həyata keçirilir və orada bunların satışı da nəzərdə tutulur. Bu işlər müəyyən bir vaxt aparacaq».

Nazir bildirib ki, bankın özəlləşdirilməsində xarici maliyə məsləhətçiləri və investisiya şirkətləri cəlb ediləcək: «Bu tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri, güman edirəm ki, bu işlərə beynəlxalq aləmdə nüfuzlu investisiya şirkətləri cəlb ediləcək. Beləliklə bankın özəlləşdirməyə açıq olması mümkün olacaq»-deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274