BANK

«Əmanətçilərə cəmi 5 milyon manat borcumuz qalıb» - FONDDAN AÇIQLAMA
02 İYUN
348

«Əmanətçilərə cəmi 5 milyon manat borcumuz qalıb» - FONDDAN AÇIQLAMA

2016-06-02 16:52:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fəaliyyətini dayandıran bankların əmanətçilərinə kompensasiyaların böyük hissəsini qayarıb. Bu barədə fins.a—a fonun icraçı direktru Azad Cavadov bildirib. Onun sözlərinə görə, «Bank of Azerbaijan», «Gəncəbank» və «Texnikabank» üzrə qorunan əmanətçilərə kompensasiyaların təqribən 96%-i qaytarılıb.

Qeyd edək ki, 2016-cı il fevral ayının əvvəlindən «Gəncəbank»ın əmanətçilərinə 871 min manat, “Bank of Azerbaijan”nın əmanətçilərinə 24milyon 35 min manat, Texnikabankın əmanətçilərinə isə 118 milyon 168 min manatdan artıq kompensasiya ödənilib.

Direktorun sözlərinə görə, əmanətçilərə ödənilməli olan yerdə qalan borcun miqdarı təxminən 5 milyon manata bərabərdir. Fondun rəhbəri bildirib ki, hazırda ƏSF-də olan vəsaitlər kompensasiyanın ödənilməsi üçün tamamilə kifayət edəcək. Və Fond AMB-dən alvə borc almaq niyyətində deyil.

Fonddan verilən məlumata görə sənədləri qaydasında olan şəxslərin əmanətləri ən çoxu 2-3 gün ərzində qaytarılır. Bunun üçün əmanətçilər şəxsiyyət vəsiqəsi ilə birlikdə depozit müqaviləsini, depozit kitabçasını təqdim etməlidirlər. Qanunla, əmanətçi, ərizə ilə müraciət etdikdən 90 gün ərzində onun əmanəti özünə qaytarılmalıdır.

Həmçinin onu da əlavə edək ki, sığortalanan əmanətlər, əmanətçilərə 1 il ərzində geri qaytarılmalıdır. Amma əmanətçilərin 5 il ərzində öz əmanətlərini tələb etmək hüquqları vardır. Bu o, halda baş verir ki, əmanətçi bankın ləğv edilməsi haqqında xəbərdən məlumatsız olur və ya əmanəti geri götürmək üçün müraciət etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271