BANK

“BANK STANDARD”-da XIRDA ƏMANƏTLƏRİN ÖDƏNİLMƏSİNƏ BAŞLANILIR
02 İYUN
1722

“BANK STANDARD”-da XIRDA ƏMANƏTLƏRİN ÖDƏNİLMƏSİNƏ BAŞLANILIR

2016-06-02 16:39:00

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, mayın 3-dən etibarən QSC “Bank Standard” KB-na 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir.

Eləcə də bax: “Bank Standard”ın işə düşəcəyi tarix – MƏLUM OLDU

Buna səbəb, son dövrlər “Bank Standard” KB-nın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması idi. MBNP “Bank Standard” KB-da yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama təyin etmişdi. Palatanın qiymətləndirməsi müəyyən etmişdi ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.

Eləcə də bax: “Bank Standard”ın vəziyyəti belə idi - RƏQƏMLƏR

Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləməküçün MBNP tərəfindən banka inzibatçı təyin edilmişdi və bankın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 3 may 2016-cı il tarixindən etibarən 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdı (moratorium qoyulmuşdu).

Eləcə də bax: "Bank Standard"la bağlı rəsmi açıqlama - TAM MƏTN

Ötən dövr ərzində müvəqqəti inzibatçı bankın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görmüşdür.

Bu tədbirlərin nəticəsində toplanmış vəsaitlər hesabına 3 iyun 2016-cı il tarixindən etibarən fiziki şəxslərin “Bank Standard” KB-dakı 1,000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılır. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də davam edəcək.

Eləcə də bax: "Bank Standard": Əmanətləri hissə-hissə qaytarırıq

Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.

Müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması üzrə fəaliyyətini davam edir. Bununla əlaqədar Palata bir daha bankın borclularını öz öhdəliklərini intizamla icra etməyə dəvət edir.

Maliyyə Bazarlarına Nəzarət Palatası QSC “Bank Standard” KB-dakı vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

Əlavə məlumat almaq üçün “158” qısa nömrə vasitəsilə əlaqə saxlamaq olar. Media orqanları əlavə məlumat almaq üçün press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275