BANK

Manat köçürməsi 1 AZN-ə
02 İYUN
527

Manat köçürməsi 1 AZN-ə

2016-06-02 15:21:00

Bank VTB (Azərbaycan) öz müştərilərinə Zolotaya Korona təcili pul köçürmə sistemi vasitəsi ilə ölkə daxilinə pul köçürmələrini milli valyutada çox sərfəli şərtlərlə reallaşdırmağa imkan verir.

Bankdan Fins.az-a daxil olmuş məlumata görə, ölkə daxilində köçürmə 300 manatadək olduqda xidmət üzrə ödəniş 1 manat təşkil edir. Köçürülən məbləğ 300 manatdan çox olduqda xidmət haqqı yenə də çox sərfəlidir - köçürülən məbləğin cəmi 0,3%-i (15 manatdan çox olmamaqla) təşkil edir.

Köçürmə bir neçə dəqiqə ərzində həyata keçirilir. Beləliklə, bankın bütün müştəriləri pul vəsaitlərini Azərbaycan Respublikası ərazisində onlar üçün rahat olan istənilən Zolotaya Korona ödəmə məntəqəsindən ala bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272