BANK

Nazir: "Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə ABB-nin 400 milyon manatlıq problemli krediti qaytarılıb"
02 İYUN
254

Nazir: "Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə ABB-nin 400 milyon manatlıq problemli krediti qaytarılıb"

2016-06-02 15:18:00

"Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin qaytarılması üçün xüsusi tədbirlər görülür". Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiostansiyasına müsahibəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir xatırladıb ki, bu tədbirlərdə bəzi hallarda həm də hüquq-mühafizə orqanları iştirak edir: "Çünki, bəzi hallarda biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik. Həmin müdaxilə nəticəsində təxminən 400 milyon manatadək vəsaiti qaytarılması təmin olunub. Digər vəsaitlərin qaytarılması üzrə bank tərəfindən iş aparılır. Bilirsiniz, bank özü bu işlərlə məşğul olsa, bank fəaliyyəti ilə məşğul ola bilməyəcək. Məhz buna görə, beynəlxalq praktikaya uyğun olaraq problemli aktivlərin idarə edilməsi üzrə quruma verilməsi daha məqsədəuyğundur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275