BANK

​"Aqrarkredit"in maliyyə reytinqi təsdiqlənib
02 İYUN 2016
203

​"Aqrarkredit"in maliyyə reytinqi təsdiqlənib

2016-06-02 15:00:00

İtaliyanın “MicroFinanza Rating” şirkəti Azərbaycanın “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının 2015-ci il üzrə qiymətləndirmə reytinqini “Stabil” proqnozla “BB-“ səviyyəsində təsdiq edib. Bu barədə "Aqrarkredit"dən məlumat verilib.

Qeyd edək ki, reytinq şirkəti Azərbaycan kredit təşkilatının reytinqini ilk dəfə 2015-ci ilin oktyabrında (“BB-“, proqnoz “Stabil”) müəyyən edib.

"Reytinq müəyyən edilən tarixdən 6 ay sonra İtaliya şirkəti “Aqrarkredit” üzrə yenilənmiş məlumatları bir daha təhlil edib, portfelin risk dərəcəsini və effektivliyini monitorinq edib. Monitorinqin nəticəsinə görə, “MicroFinanza Rating” şirkətinin yekun rəyində Azərbaycan kredit təşkilatının 2015-ci ildə qiymətləndirmə reytinqi  yenidən “Stabil” proqnozla “BB-“ səviyyəsində təsdiqlənib", - deyə məlumatda qeyd olunub.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296