BANK

Maliyyə Nəzarət Palatasından yeni layihə - MALİYYƏ DƏRSİ
02 İYUN
564

Maliyyə Nəzarət Palatasından yeni layihə - MALİYYƏ DƏRSİ

2016-06-02 13:42:00

Bakının 189-190 saylı orta məktəbində Maliyyə Bazarlarına Nəzarət Palatası və Təhsil Nazirliyi tərəfindən məktəblilərin maliyyə bazarları sahəsində maarifləndirilməsinə dair layihənin təqdimat mərasimi keçirilib. Palatadan fins.az-a verilən məlumata görə, layihə “2011-2020-ci illərdə Azərbaycanda Qiymətli Kağızlar bazarının inkişafı” Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Layihə çərçivəsində qiymətli kağızlar bazarına dair video çarxlar və broşür hazırlanıb.

Maliyyə dərsləri başlayır

Palatadan bildirilib ki, bu materiallar əsasında məktəblilərin maliyyə bazarı sahəsində maarifləndirilmələri üçün xüsusi fənnin tədris olunması barədə Təhsil Nazirliyinə müraciət olunub. Təhsil Nazirliyi müraciətə müsbət cavab verib, tədrisin ilkin olaraq pilot layihə kimi seçilən 7 saylı və 189-190 saylı məktəblərdə aparılması və nəticələrdən asılı olaraq daha sonra respublikanın bütün məktəblərini əhatə etməsi barədə qərar qəbul edib.
Təqdimat mərasimində çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov vətəndaşların maliyyə bazarları sahəsində biliklərinin olmasını mühüm adlandırıb. “Maliyyə bazarları sahəsində biliklərinin olması vətəndaşlara hüquq və vəzifələrini bilməklə yanaşı onlara maliyyə bazarı iştirakçıları arasında düzgün və sərfəli seçim etməkdə yardım edəcək. Bizim bu maarifləndirmə işinə məktəblərdən başlamağımız təsadüfü deyil, çünki, hər bir məktəbli gələcəkdə həm maliyyə bazarları vasitəçisi, həmdə bu xidmətlərin istehlakçısı ola bilər. Təqdimatını keçirdiymiz layihə Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahədə gerçəkləşdirdiyi ilk layihə olsa da, gələcəkdə bu kimi layihələr çox olacaq. Çünki maliyyə bazarlarının və alətlərinin təbliği, maliyyə bazarları və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi bizim qarşımızda duran əsas vəzifələrdən biridir”, - deyə İlqar Muradov vurğulayıb.

Bakı şəhər üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva, 189-190 saylı orta məktəbin direktoru Ceyran Quliyeva çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Təqdimat mərasimindən sonra MBNP-nın Maliyyə Bazarlarına Nəzarət Departamentinin direktoru Cavid Nəzərov multimedia dərsi keçib. Dərs zamanı əsas tədris materialı olan 5 video çarx nümayiş olunub və hər mövzu üzrə qısa əlavə məlumatlar verilib və məktəblilərin sualları cavablandırılıb. Dərsin sonunda şagirdlərin dərsin mənimsənilmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlara 15 sualdan ibarət test tapşırığı paylanılıb. Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-ci il tarixli Fərmanı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272