BANK

Qızıl girovu ilə kreditlər başlandı – BANKLARIN SİYAHISI
02 İYUN
512

Qızıl girovu ilə kreditlər başlandı – BANKLARIN SİYAHISI

2016-06-02 11:28:00

Azərbaycan bankları digər kredit növləri ilə yanaşı, lombard kreditlərini də bərpa ediblər. Fins.az-ın məlumatına görə, artıq bir neçə bank qızıl və zinət əşyalarının girov götürülməsi şərti ilə lombard kreditləri verməyə başlayıb. Banklardan bildirilib ki, lombard kreditlərinin şərtlərində də dəyişikliklər var. Belə ki, eyni qızıl kütləsinə görə verilən kreditlərin həcmi azalıb. Əvvəllər banklar qəbul etdikləri qızılın qiymətinin 120-150%-i qədər kredit verirdilərsə, indi banklar bu məsələyə daha ehtiyatla yanaırlar və nəticədə bu göstərici 70-80%-ə düşüb. Banklar bunun səbəbini devalvasiya nəticəsində qızılın manatla qiymətinin bahalaşması ilə izah edirlər.

Bundan başqa, banklardan bəziləri lombard kreditləri üzrə faizləri komission haqlarını da aşağı salıb. Məsələn, «Rabitəbank» belə kreditlər üzrə faiz dərəcələrinə 32%-dən 27%-ə, komisyon haqqını isə 4%-dən 1%-ə endirib. Fins.az lombard krediti verən bankların siyahısını və kredit şərtlərini təqdim edir.

Şəkli böyütmək üçün klikləyin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275