BANK

Bankda səhmdarların payı dəyişib
01 İYUN
391

Bankda səhmdarların payı dəyişib

2016-06-01 15:25:00

Ötən il "Bank of Baku"nun bəzi səhmdarlarının paylarında dəyişikliklər baş verib. Fiziki şəxs Hikmət İsmayılov kapitaldakı payını 21,11 faizdən 31,11 faizə qədər artırıb. Bankın əsas səhmdarı olan “NAB Holding”in payı isə 40 faizdən 35 faizə enib. Digər bir səhmdar Elçin İsayevin payı isə 10 faizdən 5 faizə qədər azalıb.

Bankın əsas səhmdarlarından olan “Azpetrol” şirkəti isə payını 28,89 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.

Mənbə: "İnterfaks"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272