BANK

Bu bankda 5 departament direktoru vəzifəsi boşdur
31 MAY
1532

Bu bankda 5 departament direktoru vəzifəsi boşdur

2016-05-31 16:00:00

Azərbaycan banklarından birində 5 departamentin direktoru vəzifəsi boşdur. Fins.az xəbər verir ki, söhbət “Dəmirbank”dan gedir. Bankın saytında yerləşdirilmiş məlumata görə, hazırda burada Korporativ bankçılıq, Pərakəndə bankçılıq, Risk, Strateji İnkişaf və Əməliyyat departamentlərinin direktoru vəzifələri vakantdır.

Bank sektorunda kütləvi ixtisarların aparıldığı bir vaxtda “Dəmirbank”ın həmin vəzifələrə işçi tapmaması maraq doğurduğundan bankdan bunun səbəbini soruşduq. “Dəmirbank”ın Marketinq departamentinin direktoru Anar Bayramov bildirdi ki, bankda olan bütün vakansiyalar, o cümlədən departament direktoru vakansiyaları üzrə 2016-cı il üçün təsdiq edilmiş İşəqəbul Planına uyğun olaraq iş aparılır. Sorğu edilən vakansiyaların bəziləri üzrə işəqəbul prosesi başa çatdırılmış və uyğun namizədlərə iş təklifləri təqdim edilib, digərləri üzrə hazırda namizədlərin qiymətləndirilməsi prosesi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275