BANK

Mərkəzi Bankın sədr müavinin atası dəhşətli qəzada həlak oldu
31 MAY
276

Mərkəzi Bankın sədr müavinin atası dəhşətli qəzada həlak oldu

2016-05-31 09:37:00

Fins.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza nəticəsində vəfat edən Sərxan Abdullayev Mərkəzi Bank Sədrinin müavini Xəqani Abdullayevin atasıdır. 

Sərxan Abdullayev sözügedən kollecdə “Avtomobilin istismarı” ixtisası üzrə dərs deyirmiş. Kollecin kollektivi hər il olduğu kimi, bu ilin yaz mövsümündə də gəzinti məqsədilə rayona səfər edib. Dəhşətli qəza da məhz gəzintidən qayıdan zaman baş verib.

Tələbə və müəllimləri daşıyan “Hyundai” markalı mikroavtobus Qızıl-Qazma qəsəbəsində dərəyə aşıb. 1950-ci il təvəllüdlü Sərxan Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı orada keçinib.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Qeyd edək ki, Xəqani Abdullayev 2015-ci ilin aprel ayından Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275