BANK

Daha bir bank manatla kreditlərə başladı – ƏN YÜKSƏK FAİZLƏ
27 MAY
5095

Daha bir bank manatla kreditlərə başladı – ƏN YÜKSƏK FAİZLƏ

2016-05-27 17:48:00
“Bank Respublika” manatla istehlak kreditlərini bərpa edib. Bankdan fins.az-a verilən məlumata görə, kredit üçün həm yeni, həm də təkrar müştərilər müraciət edə bilərlər. Amma borc almaq istəyənlərin aylıq gəliri 400 manatdan aşağı olmamalıdır. Söhbət vergilər çıxıldıqdan sonra qalan xalis gəlirdən gedir.

Eləcə də bax: Unibank kreditləri bərpa etdi – YENİ ŞƏRTLƏR

Kreditlər 500-5000 manat həcmində, illik 29%-lə, 6-18 ay müddətinə ayrılır,. Maaşını “Bank Respublika”nın plastik kartı ilə alanlara illik faiz dərəcəsində 2% güzəşt edilir. Komisyon haqqı 1%-dir. 
 
Bundan başqa, bank manatla 45 güzəşt müddəti olan kredit kartları da təklif edir. Bu kartların illik faiz dərəcəsi 27%-dir. Bankın əmək haqqı layihəsinin iştirakçısı olanlara burada da 2% güzəşt olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275