BANK

Pullu valideynlərin uşaqları – «UŞAQ ƏMANƏT»LƏRİ SƏRFƏLİDİRMİ?
26 MAY
649

Pullu valideynlərin uşaqları – «UŞAQ ƏMANƏT»LƏRİ SƏRFƏLİDİRMİ?

2016-05-26 17:42:00

İyunun 1-də Azərbaycanda uşaqlar günü qeyd ediləcək. Uşaqlara qayğı, onların təhlükəsizliyi, gələcəyinin təminatı indi bütün valideynləri düşündürür. Uşaqların gələcəyinin təmin etməyin ən yaxşı üsullarından biri oların gələcəyinin maliyyə təminatı – uşaqlar adına bankda əmanət yerləşdirməkdir. Bəs uşaq əmanətləri sərfəlidirmi? Fins.az Azərbaycan banklarının uşaqlar üçün nəzərdə tutduğu əmanətləri təqdim edir. 

Uşaq əmanəti-valideyn (qəyyum tərəfindən) yaxud yaxın qohum tərəfindən 18 yaşına çatmamış şəxsin (uşağın)  xeyrinə açılır. Depozit hesabı açan şəxs uşağın əmanətə olan hüquqlarının təqdim olunması anına qədər əmanət qoyanın bütün hüquqlarına malik olur. 

Əmanət hesabı açmaq üçün tələb olunan sənədlər valideynin şəxsiyyət vəsiqəsi və uşağın doğum

haqqında şəhadətnaməsidir. 16 yaşdan yuxarı uşaqların isə şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Bankın adı (Uşaq Depoziti)

Müddət

Valyuta

Minimal ilkin ödəniş

Əlavə Məlumat

AZN

USD

EURO

NBC Bank

1-18 il

13%

7%

7%

nəzərdə tutulmayıb

hər ay əmanətin ilkin məbləğinə 100% çox olmayaraq vəsait əlavə edilə bilər,

İllik hesablanacaq faizlər ildə bir dəfə və müddətin sonunda ödənilir.

Əmanət məbləğinin 90%-i həcmində kredit ayrılır.

AG Bank

“Zəngin gələcək”

18 il

8%

5%

 

100 AZN/USD

Əmanəti məhdudiyyətsiz artırmaq imkanı,

Faizlər günbəgün hesablanır və müddətin sonunda ödənilir

CDB Bank

**

10%

 

 

500 AZN

Əmanətçiyə əmanət məbləğinin 90%-i qədər kredit verilə bilər.

Faizlər müddətin sonunda verilir.

DəmirBank

1-18 il

12%

6%

4.8%

100 AZN/USD/EURO

Əmanət məbləğini istənilən vaxt min. 50 AZN / USD / EUR

Rüblük hesablanan faizləri istənilən vaxt cari hesabdan götürmək imkanı

Zamin Bank

5 il 

10%

5%

 

500

AZN/USD

Müştəri (əmanət müddətinin ilk 4 ili ərzində) əmanət məbləğini 200 AZN/ABŞ dolları-dan az olmamaq şərtilə hər 3 aydan bir artıra bilər.

Rabitəbank

1-18 il

9%

4%

 

200 AZN/USD

Əmanət məbləğini ayda bir dəfədən çox olmayaraq minimum 100 AZN, maksimum 1000 AZN olmaqla artırmaq mümkündür.

faizlər ilin sonunda əsas məbləğin üzərinə hesablanır

Xalq Bank

1-18 il

6%

3%

1.5%

1 000 AZN/USD/EUR

Əmanəti məhdudiyyətsiz artırmaq imkanı,

Əmanətin qismən çıxarılmasına icazə verilmir

**  CDB Bankda Əmanət uşağın 14 yaşına qədər rəsmiləşdirilir və yalnız həmin müddətədək əmanətin məbləği artırıla bilər. Əmanət uşaq 18 yaşına çatanda əmanətçiyə geri ödənilir.  Əmanət üzrə faizlər müddətin sonunda ödənilir. Əmanət uşağın 18 yaşına çatmayanadək geri götürüldükdə hesablanmış faizlər ödənilmir.

Xalq Bankda əmanətin müddəti 1 ildir, lakin əmanətin müddəti bitdikdən sonra əmanət geri tələb edilmirsə, əmanətçi ilə müqavilə növbəti müddətə uzadılır (uşaq 18 yaşına çatana qədər).

Unibankda hər üç depozit növü üzrə- (Müddətli, Proqressiv, Yığım), Bank of Bakuda isə -“Dinamik” əmanət növü üzrə 18 yaşına çatmayan şəxsin adına əmanət hesabı açmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272