BANK

«Arzu edirəm neftin qiyməti artmasın» - MƏŞHUR BANKİRDƏN SƏRT AÇIQLAMALAR
26 MAY
1067

«Arzu edirəm neftin qiyməti artmasın» - MƏŞHUR BANKİRDƏN SƏRT AÇIQLAMALAR

2016-05-26 17:16:00

Azərbaycanın bank sektorunda yaranan problemlər hamıya. İlk növbədə bankirlərin özünə dərs olmalıdır. Fins.az-ın məlumatına görə, bu barədə "Gələcəyə baxış: Azərbaycanın bank sektorunun üzləşdiyi risklər və çağırışlar" adı altında risklərin idarəedilməsi forumunda ölkənin nüfuzlu bank ekspertlərindən biri, Bank Tədris Mərkəzinin rəhbəri, keçmiş baş bankir Cavanşir Abdullayev bildirib. 

Banklar məlumatları gizlədirlər

Cavanşir Abdullayev bildirir ki, ölkə bankları öz göstəricilərini açıqlamadığından yaranmış vəziyyəti tam təsəvvür edib analiz etmək çətinləşir: «Bankların öz maliyyə şəffaflığını pisləşdirməsi vəziyyəti analiz etməyə və risk mecenmentinin vəziyyəti təhlil etməsinə imkan vermir. Ona görə də, banklar qapalı olmaq yox, bir biri ilə əməkdaşlıq edərək göstəricələrini açıqlamalıdırlar ki, vəziyyətdən çıxış yolu tapılsın». Ekspert bildirir ki, banklar öz daxillərində analitik qup yaratmalıdırlar. Çünki bu gün vəziyyəti analiz edib real çıxaş yolu göstərən çox az sayda müətəxəssislər var. Onun sözlərinə görə, bankların vəziyyətini müəyyən etmək üçün real stress testlər də aparılmalıdır.

«Səbəb devalvasiya deyil, yarıtmaz idarəçilikdir»

C.Abdullayev bank rəhbərlərinin fəaliyyətini də tənqid edib. Onnu sözlərinə görə, bank rəhbərləri strateji məsələlərlə məşğul olmalıdırlar: «İndi isə bank rəhbərləri daha əox problemli kreditlərin yığılması ilə məşğuldular».

Ekspertin sözlərinə görə, bankların menecmentində ciddi problemlər var: «Bu gün real vəziyyətə baxsaq, deyə bilərik ki yalnız 3-4 bankda mecesment inkişaf edib. Əksər banklarda isə idarə heyətləri uzun müddət, hətta on illiklərlə dəyişmir».

C.Abdullayev bildirir ki, bankların bütün problemləri devalvasiyanın üzərinə atması düzgün deyil, əsas məsələ pis idarəçilikdir: «Həmkarlarımız problemli kreditləri devalvasiyanın üzərinə atırlar, amma bu, bizim idarəetmədə olan qüsurların nəticəsidir».

«Bu bizə dərs olmalıdır»

C.Abdullayevin sözlərinə görə, banklar istehlak kreditlərinə deyil, real sektorun kreditləşməsinə üstünlük verməlidirlər. Bunun üçün isə ciddi kadrlara ehtiyac var: «Hesab edirəm ki, istehlak krediti verən işçi bank işçisi deyil. Çünki bunun üçün hansısa məxsusi biliklərə malik olmağa ehtiyac yoxdur. Real sektora kreditlərin ayrılması üçün isə düzgün kadr tapmaq və kadrları yetişdirmək lazımdır». Keçmiş baş bankirin sözlərinə görə, hazırki vəziyyətdən nəticə çıxarmaq lazımdır: «Hamımız bugünkü vəziyyəti yaxşı bilirik.  Hesab edirəm, bu bir dərsdir və biz bundan dərs alacağıq».

C.Abdullayev bildirib ki, neftin qiymətinin artması islahatların davam etməsi üçün stimuldur: «Arzu edirəm ki, neftin qiyməti artmasın ki, islahatlar da davam  etsin». 

Prolemli kreditləri «təmizləmək» lazımdır

Ekspert bildirir ki, hazırda bankların əksəriyyəti problemli kreditlərlə məşğuldurlar. Amma bu vəziyyətdən çıxış yolu deyil: «Mən bütün banklara tövsiyyə edirəm ki, bütün qeyri-işlək kreditləri təmizləsinlər və problemli kreditləri kollektor şirkətlərinə həvalə etsinlər».

«Bu gün bank sektorunda mövcud olub yalnız problemli kreditlərlə məşğul olmaq vəziyyətdən çıxış yolu deyil» - deyə C.Abdullayev həmkarlarına xəbərdarlıq edib. 

«Yeni məhsullar fikirləşin»

Cavanşir Abdullayev bildirib ki, hazırda bank-maliyyə  bazarında yeni məhsul və yeni işlər təqdim edilmir getmir. «Halbuki bu  sahədə bazar var. Sadəcə onu düzcün dəyərləndirib marketinq siyasəti qurmaq lazımdır».  Ekspert banklara marketinq və satış işlərini gücləndirməyi məsləhət görüb.

«Bank sektoru bütün həmkarlarıma demək istəyirəm ki, biz bir gəmidə üzürük. Bu gəmidəkilərin bir-neçəsi çalışırsa, amma qalanları dayanıb baxırsa, gəmi batacaq»-deyə ekspert xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271