BANK

Manatın güclənməsi üçün – TƏKLİFLƏR AÇIQLANDI
26 MAY
1161

Manatın güclənməsi üçün – TƏKLİFLƏR AÇIQLANDI

2016-05-26 13:39:00

«Manat likvidliyinin artırılması üçün ilk növbədə bazar xarici investisiyaya tam açılmalıdır və bu proses təşviq olunmalıdır». Fins.az «APA»ya istinadən xəbər verir ki, bunu Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.

Ölkə xarici investisiyalara açılmalıdır
«Bu tədbirlər bankların həm kapitallaşmasını dəstək verəcək, həm də əlavə likvid vəsaitlərin cəlb olunmasına səbəb olacaq. Paralel olaraq bank sektoruna inam da artacaq. Mərkəzi Bank bu gün birdən-birə likvidliyi artıra bilməz. Bu proses tədricən, yəni ÜDM artdıqca baş verə bilər. ÜDM-in artırılması üçün realı sektora yatırılacaq vəsait lazımdır. Mərkəzi Bank əlavə olaraq manat çap edib dövriyyəyə buraxsa, bu valyuta bazarına təzyiq göstərə bilər».

Neft Fondunun vəsaitlərindən istifadə edilməlidir
C.Abdullayev bildirib ki, manatın güclənməsi prosesində Neft Fondunun vəsaitlərindən də istifadə etmək lazımdır: «Biz təklif etmişik ki, Dövlət Neft Fondunun aktivlərinin 5%-i milli valyutaya yatırılsın. Bunun bazara heç bir təsiri yoxdur. Bu vəsait hökumətin prioritet hesab etdiyi layihələrə yönələ bilər».

Hökumət hec fondu yaratmalıdır
Ekspert bildirib ki, manatın likvidliyinin artırılması üçün digər yol hökumətdə hecinq fondunun yaradılmasıdır: «Bununla da banklar dollar vəsaitlərini manata çevirib real sektora yönəldə bilər. Digər tərəfdən manatın məzənnəsinin yeni rəsmi dəhlizi formalaşmalıdır. Dəhlizin yaradılması insanlar əminlik verə bilər. Bunların ikisindən birini etmək tövsiyə olunur», - deyə C. Abdullayev bildirib.

Eləcə də bax: "Bu kreditlər də əvvlki kimi veriləcəksə..." - TƏKLİFLƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271