BANK

"Bu kreditlər də əvvəlki kimi veriləcəksə..." - TƏKLİFLƏR
26 MAY
673

"Bu kreditlər də əvvəlki kimi veriləcəksə..." - TƏKLİFLƏR

2016-05-26 12:56:00

Azərbaycanda kredit bazarının və ölkə iqtisadiyyatının vəziyyətini müzakirə edərkən diqqət yetirilməli olan əsas məsələ verilən kreditlərin ÜDM-da payı və real sektora nə qədər kredit verilməsidir. Fins.az-ın məumatına görə, bu barədə "Gələcəyə baxış: Azərbaycanın bank sektorunun üzləşdiyi risklər və çağırışlar" adı altında risklərin idarəedilməsi forumunda Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) risk ekspertləri qrupunun sədri Elman Sadıqov bildirib.

Kreditlər ən vacib sahələrə verilməlidir

E.Sadıqov bildirib ki, ilk növbədə Azərbaycanda inkişaf etdirilməsi vacib olan prioritet sektorlar seçməlidir: «Çünki bütün sahələri inkişaf etdirmək mümkün deyil». Ekspertin sözlərinə görə, prioritet sahələr seçirlərkən müxtəlif məsələlər nəzərə alınmalıdır: «Seçim edərkən ölkənin adət-ənənələri, yerli təcrübə və iqtisadi potensial nəzərə alınmalıdır».

Real sektor qəpik-quruş alırmış

Ekspert bildirib ki, hazırda Azərbaycanda real sektora verilən kreditlərin həcii çox aşağıdır. Bunu həm rəsmi göstəricilər, həm də dünya ölkələri ilə müqayisə sübut edir: «Biz real sektorun kreditləşməsinin yetərli olub-olmadığını müəyyən etmək üçün dünya iqtisadiyyatına baxmalıyıq». Dünyada real sektora verilən kreditlərin həcmi baxımınan birinci ölkə Yaponiyadır. 2014-cü ilin məlumatına görə, burada real sektora verilən kreditlərin ÜDM-ə nisbəti 373,8%-dir. Sonrakı yerləri ABŞ Almaniya və s. ölkələr tutur: «İilk 10-luqda yer alan ölkələrə baxdıqda görürük ki, bunlar tam inkişaf etmiş ölkələrdir». «Azərbaycanda isə real sektora verilmiş kreditlərnin ÜDM-də yeri cəmi 38,5% təşkil edir. Bunun da içərisindən optimist işlək kreditləri seçsək, onların real həcmi cəmi 9-10 milyard manatdır»-deyə E.Sadıqov bildirib. Onun sözlərinə görə, hazırda ölkədə avtomobil və digər sair istehlak kreditləri kreditlər daha çoxdur. Bunlar isə iqtisadi dəyər gətirmir: «Təəssüf ki, indiyədək verilən kreditlərin əksəriyyəti real sektorun inkişafına yox, ləngiməsinə səbəb olub. Xarici təcrüəyə baxsaq, doğrudan da orada istehlak kreditlərinin həcmi yüksəkdir. Amma istehlak kreditləri o zaman effektiv olur ki, bu kreditlərlə alınan məhsullar ölkə daxilində istehsal edilsin və verilən valyuta xaricə axmasın. Nəticədə ölkə istehlak kreditlərinin vasitəsilə yerli istehsali stimullaşdır, yerli müəssisələr inkişaf edir və ixrac potensialı gücənir».

Kənd təsərrüfatı və turizm - əsas sahələrdir

E.Sadıqovun sözlərinə görə, Azərbaycanda kreditlər istehlak məqsədilə yox, yerli iqtisadiyyatın inkişafına, prioritet sahələrə yönəlməlidir: «Mən hesab edirəm ki, belə kreditlərin verilməsindənsə, prioritet olan sahələrə – kənd təsərrüfatı, turizm və emal sənayesinə kredit ayırmaq daha düzgündür». «Nəzərə alsaq ki, hazırda dnyad qlobal turizm böhranı yaşanır, və qonşuların vəziyətini nəzərə alsaq, deyə bilərik ki, gələcəkdə Azərbaycanda ən prioritet sahələr kənd təsərrüfatı və turizmdir»-deyə ekspert bildirib. Ekspert bildirib ki, AMB-nin gösəricilərinə görə, 2015-ci ildə kənd təsərrüfatı ili olsa da, kənd təsərrüfatının ümumi kredit portfelində payı 2,2%-dir: «Bu çox aşağı rəqəmdir. Emal sənayesinə yönələn kreditlər isə cəmi 7%-dir. Əgər mövcud imkanları və təbii resursları nəzərə alsaq, məncə, kənd təsərrüfatı, emal və turizm saşələri kredit həcminə görə ön sıralarda olmalıdır. Hesab edirəm ki, bu sahələrin kreditləşmə qaydaları dəyişməlidir».

Bu kreditlər də əvvəlki kimi veriləcəksə...

E.Sadıqov bildirib ki, əgər hazırki durumu təhlil etsək, ölkədə 15-20 milyard manatıq kreitlərə ehtiyac var: «Bu kreditlərin əldə olunması resurslarına baxdıqda, demək olar ki, onları tapmaq asandır. Nəzərə alsaq ki, Azərbaycanın borclanma imkanları hələ çoxdur və yastıq altında olan vəsaitləri nəzərə alsaq, bu vəsaitləri tapmaq çətin deyil. Əsas məsələ bu kreditləri kimə və necə verməkdir. Əgər bundan sonra da kreditlər də istehlak və poblemli kreditlərin bağlanmasına yönələcəksə, bu ölkə iqtisadiyyatının canlanmasına müsbət nəticə verməyəcək».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274