BANK

“Real sektora 20 milyard manat kredit lazımdır” - AÇIQLAMA
26 MAY
376

“Real sektora 20 milyard manat kredit lazımdır” - AÇIQLAMA

2016-05-26 12:25:00

Azərbaycanda 15-20 mlrd. manatlıq kreditləşməyə ehtiyac var. Fins.az xəbər verir k, bunu "Gələcəyə baxış: Azərbaycanın bank sektorunun üzləşdiyi risklər və çağırışlar" adı altında risklərin idarəedilməsi forumunda Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Risk ekspertləri qrupunun sədri Elman Sadıqov deyib. Onun sözlərinə görə, bu kreditlər iqtisadiyyatın normal inkişaf etməsi üçün real sektora yönəldilməlidir: "Azərbaycanda ümumi kredit portfeli 20 milyard manata yaxındır. Bunun 9-10 milyardı işlək kreditlərdir. Azərbaycanda 15-20 milyard həcmində kreditə ehtiyac var. Amma bu vəsait real sektorda yerləşdirilməlidir. Effektiv yerləşdirilməzsə, istehlak kreditinə və ya problemli kreditlərin azalması üçün yönəldilsə, iqtisadi dəyərdən söhbət gedə bilməz. Xarici ölkələrdə istehlak kreditləri yerli istehsala yönəlir, Azərbaycanda isə istehlak kreditləri 80-90%-i idxalı dəstəkləyir. Kreditlərin 80%-i iqtisadi dəyər qazanılması üçün real sektora, yəni qeyri-neft sektoruna yönəldilməlidir".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275