BANK

“700 milyon dollar borc qaytarmışıq” - BANK RƏHBƏRİ
26 MAY
967

“700 milyon dollar borc qaytarmışıq” - BANK RƏHBƏRİ

2016-05-26 11:18:00

"Beynəlxalq maliyyə institutlarından aşağı faiz dərəcəsi ilə cəlb edilmiş ehtiyatlarla Azərbaycan Beynəlxalq Bankı yüksək faizli xarici öhdəliklərinin bir hissəsini qaytarıb". Fins.az xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində bankın İdarə Heyətinin sədri Elmar Məmmədov deyib.

Onun sözlərinə görə, bank 2015-ci ilin avqustunda xarici maliyyə institutlarına 550 mln. dollar həcmində borc ödəyib. Bundan başqa, bankın törəməsi olan "ABB-Moskva"nın 140 mln. dollarlıq borcu da Beynəlxalq Bank tərəfindən ödənilib. "Bununla, Beynəlxalq Bank 5 ay müddətində 700 milyon dollar həcmində xarici öhdəliyini qaytarıb", - deyə sədr bildirib.

Sədr qeyd edib ki, bankın xarici öhdəliklərinin azalması nəticəsində bazar riskləri azalıb, maliyyə dayanıqlılığı isə yüksəlib. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271