BANK

“Bəzi banklar müştəriləri korlayıblar” - BANK RƏHBƏRİ
26 MAY
649

“Bəzi banklar müştəriləri korlayıblar” - BANK RƏHBƏRİ

2016-05-26 10:36:00

“AGBank” ASC 2016-cı ilin 2-ci rübünün sonunda manat ilə kreditlərin ayrılmasını bərpa etməyi planlaşdırır.

Bunu  “AGBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əfqan Cəlilov bildirib.

Bankın sədri qeyd edib ki, yeni manat əmanəti kampaniyaları üzrə xeyli vəsait cəlb edilib. Tezliklə cəlb edilmiş manat vəsaitləri müştərilərə kredit şəkilində satılacaqdır.

“Hazırda bir neçə yeni məhsulların üzərində iş gedir”,- o deyib.

“MÜŞTƏRİLƏR BİR SIRA BANKLAR TƏRƏFİNDƏN KORLANIB”

Əfqan Cəlilov “Azərbaycan müştərisi banklar tərəfindən korlanıb” deyərək vacib bir mövzuya da toxundu:

“Bazarda normal müştəri tapmaq çox çətindir. Azərbaycan müştərisi bir sıra banklar tərəfindən korlanıb Konkret olaraq korlanıblar. İqtisadi dildə desək, kredit üzrə yüklənməyə məruz qalıblar. Bir insanın bir neçə bankda gecikmiş krediti var. Təəssüf olsun ki, bizim bir çox insanlar kreditdə yaşamağı bir norma kimi qəbul edirlər. Bu gün “ayağını yorğanına görə uzat” qaydasına əməl edilmir. Açığını deyim, bu gün bazarda sağlam müştəri qıtlığı yaranıb...”

Əfqan Cəlilov əlavə etdi ki, biznes kreditlərində də çətinliklər var, sahibkarların və şirkətlərin satışları azaldığından yeni kredit götürməyə maraq göstərmirlər.

“AGBANK” KİÇİK VƏ ORTA BİZNESƏ FOKUSLANACAQ

“Bizim perspektiv gördüyümüz yeganə sahə mikro biznes və orta sahibkarlıqdır. Bu biznesdə formallıq yoxdur. Tutaq ki, gedib kiçik fermerin yerində fermasına baxırıq, öyərənirik ki, 10-15 inəyi, 20 qoyunu var. Deyir ki, “sizdən alacağım kreditə filan sayda da heyvana alacam”. Biz də bazarda heyvanın, onun ətinin kilosunu bildiyimizdən, fermerin biznes planının gəlirli olub-olmadığını hesablaya bilirik. Yəni bu növ kreditlərin obyektiv monitorinqinin təşkilində heç bir problem yoxdur".

Əfqan Cəlilov, “Onuda qeyd edim ki, “AGBank” korporativ bank olduğundan gələcəkdə də korporativ müştərilərə göstərilən xidmət keşidlərini və keyfiyyətini artırmaq niyyətindədir” deyə vurğuladı.

Məlum olduğu kimi, AGBankın təklif etdiyi internet banking xidməti, müştərilər tərəfindən, xüsusilədə korporativ müştərilər tərəfindən yüksək qiymətləndirilir. Hazırda bankımız İT texnologiyaların inkişaf tempini nəzərə alaraq, təklif etdiyi internet banking məhsuluna yeni imkanlar əlavə etməkdədir və qısa zaman ərzində bu xidmətin yenilənmiş versiyasını öz müştərilərinə təqdim edəcək.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270