BANK

Son iki ildə AYİB Azərbaycanda 30 layihə həyata keçirib
25 MAY
181

Son iki ildə AYİB Azərbaycanda 30 layihə həyata keçirib

2016-05-25 16:56:00

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan ilə tərəfdaşlığı yüksək səviyyədədir. Son iki ildə AYİB tərəfindən Azərbaycanda 270 milyon ABŞ dolları dəyərində 30 layihə reallaşdırılıb. AYİB neft və qeyri-neft sektoru sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Fins.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti mayın 25-də səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

S.Çakrabarti diqqətə çatdırıb ki, Azərbaycanda problemli kreditlərin həcmi artıb. Lakin bu proses yalnız Azərbaycan üçün xarakterik hal deyil, digər ölkələrdə də bu cür hallar müşahidə olunur. Əsas məsələ kreditin ödənilməsi mədəniyyətinin formalaşmasıdır. Bu məsələ də, öz növbəsində, həllini tapmalıdır ki, banklar növbəti sərt addımlar atmasın.

AYİB manatla istiqraz buraxmaqda da maraqlıdır. Bank bu il yerli valyutada istiqraz buraxmağa hazırdır. Artıq bununla bağlı tənzimləyici addımlar atılıb", - deyə S.Çakrabarti vurğulayıb.

S.Çakrabarti, həmçinin deyib ki, bank sistemində dəyişiklik olmadan iqtisadi artımın sürətlənməsi mümkün deyil. İqtisadiyyatda artım o zaman gözlənilə bilər ki, yerli bankların kredit ayırmaq imkanı olsun. Ölkə iqtisadiyyatı həddən artıq dollarlaşıb və hamı bununla razılaşır. Buna görə, bankların manatla kreditləşməni bərpa etməsi üçün müvafiq mexanizm hazırlanmalıdır. Yaxşı olardı ki, milli valyutada istiqrazların buraxılması təmin edilsin.

AYİB prezidenti təmsil etdiyi Bankın Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlı olduğunu, eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılan Azad Ticarət Zonasına investisiya qoyma imkanlarına baxacaqlarını da diqqətə çatdırıb.

Mənbə:Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275