BANK

Unibank kreditləri bərpa etdi – YENİ ŞƏRTLƏR
25 MAY
4973

Unibank kreditləri bərpa etdi – YENİ ŞƏRTLƏR

2016-05-25 10:16:00

Azərbaycanın əsas riteyl banklarından olan «Unibank» istehlak kreditlərini bərpa edib. Fins.az-ın məlumatına görə, indi istehlak kreditlərini bankın köhnə müştəriləri ilə yanaşı, yeni müştərilər də, yənibankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər də ala bilərlər. Amma əvvəlkindən fərqli olaraq bu dəfə kreditlərin verilməsi ilə bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, kreditlər yaş həddi 20-60 ( kreditin bitmə tarixi) yaş olan müştərilərə verilir. Halbuki, əvvəllər bank yaşı 71-ə çatan müştərilərə də kredit ayırırdı. Bundan başqa, kredit almaq üçün müştərinin axırınca iş yerində stajı minimal 12 ay təşkil etməlidir. Təkrar müştərilər üçün isə yaş həddi 20-65 (kreditin bitmə tarixinə) və son iş yerində minimal iş stajı 6 ay olmalıdır. Hər iki halda minimal əmək haqqı 410 AZN təşkil etməlidir. Kreditin müddəti 3-24 ay, kreditin məbləği isə 300-5000 AZN arası müəyyən olunur.

Şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd əsasında nağd kreditlər üçün Unibank-ın filiallarından birinə müraciət edə bilərsiniz.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilər. İş yeri MMC olan müştərilərə kreditlər yalnız elektron arayış və ya son 6 ayın hesabdan çıxarışına əsasən rəsmiləşdirilə bilər. Kreditin ayrılıb ayrılmayacağı və ayrılacaq məbləğ aylıq gəlirlər və kredit tarixçəsi təhlil olunduqdan sonra təhlilə əsasən Bank-da müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275