BANK

AMB sədri: "FES-in qərarı Azərbaycanda dolların məzənnəsinə ciddi təsir etməyəcək"
24 MAY
429

AMB sədri: "FES-in qərarı Azərbaycanda dolların məzənnəsinə ciddi təsir etməyəcək"

2016-05-24 20:31:00

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiyməti barədə gözləntilər və Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsinin maliyyə bazarına təsirinə münasibət bildirib. Onun sözlərinə görə, bu amillər dolların məzənnəsinə ciddi təsir etməyəcək: "Düşünmürəm ki, neftin qiymətində hər hansı ciddi dəyişiklik olsun. BP-nin də təqdimatı göstərir ki, yaxın 20 ildə, 2035-ci ilədək neftin qiymətləri konservativ qalacaq. Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırması hesab etmirəm ki, Azərbaycan maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir etsin. Bizdə başlıca fundamental məsələ neftin qiyməti, tərəfdaş ölkələrin valyutasında dəyişiklik, ölkənin ödəmə balansının vəziyyətidir". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272