BANK

Bankların sağlamlaşması üçün əməkdaşlıq - MÜZAKİRƏ EDİLİB
24 MAY
525

Bankların sağlamlaşması üçün əməkdaşlıq - MÜZAKİRƏ EDİLİB

2016-05-24 17:11:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Palatadan fins.az-a verilən məlumata görə, Azərbaycanla münasibətlərə çox önəm verdiklərini deyən Sum Çakrabati ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana sərmayələrində ciddi artım olacaq.

Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nın ortamüddətli strategiyası barədə qonağa məlumat verən Rüfət Aslanlı bank sektorunun sağlamlaşdırılması istiqamətində AYİB ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı, bu baxımdan yeni imkanlar müzakirə edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275