BANK

"Moody’s": Bəzi Azərbaycan banklarının iflasa uğraması riski var
24 MAY
458

"Moody’s": Bəzi Azərbaycan banklarının iflasa uğraması riski var

2016-05-24 14:13:00

Azərbaycanda bankların defolt reytinqi ilə bağlı konkret proqnoz vermək çətindir. 

Fins.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Moody’s" beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin maliyyə institutları qrupunun kiçik vitse-prezidenti Petr Paklin deyib.

Onun sözlərinə görə, daha yüksək reytinqə malik bankların defolt təhlükəsi ilə üzləşməsi ehtimalı aşağıdır: "Məsələn, "B1" reytinqinə malik "Kapital Bank"ın defolta uğraması ehtimalı yoxdur. Lakin, "B3" reytinqinə malik bəzi banklar var ki, onların defolt olma riski daha çoxdur. Ümumiyyətlə, bankın defoltu ilə bağlı ümumi danışmaq düzgün deyil, hər bir banka individual yanaşmaq lazımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275