BANK

Azərbaycanda nə qədər adamın bankda hesabı var? - HESABAT
24 MAY
370

Azərbaycanda nə qədər adamın bankda hesabı var? - HESABAT

2016-05-24 12:02:00

Dünya Bankı “Azərbaycanda maliyyə potensialı və inkluzivliyinin gücləndirilməsi Hesabatı”nı açıqlayıb. Fins.az xəbər verir ki, hesabatda 4 620 yetkin yaşlı şəxslər arasında keçirilmiş sorğunun nəticələri təhlil olunur. Məlum olub ki, Azərbaycan bank hesabı olan şəxslərin sayına və maliyyə infrastrukturunun inkişaf səviyyəsinə görə, yüksək ortagəlirli ölkələrdən geri qalır. Sorğuların nəticələrinə görə, Azərbaycanda yalnız 36,4% yetkin şəxs bank hesabına malikdir. Müqayisə üçün Gürcüstanda bu göstərici 39,7%, Qazaxıstanda 53,9%, Türkiyədə 56,6%, Rumıniyada 60,8%, Serbiyada 83% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275