BANK

Manata inam necə yarana bilər? - AÇIQLAMA
24 MAY
626

Manata inam necə yarana bilər? - AÇIQLAMA

2016-05-24 11:23:00

"Manata inamın bərpa olunması bazardan, o cümlədən neftin qiymətindən asılıdır".

Fins.az APA-ya istinadən xəbər verir ki, Bakıda keçirilən “Moody’s” beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin bank qrupunun icraçı direktoru Yaroslav Sovqra deyib. 

Onun sözlərinə görə, Azərbaycanda 2015-ci ildə baş verən ikinci devalvasiyadan sonra manata olan inam daha da itib: "Biz deyə bilərik ki, bir neçə həftəyə manata olan inam bərpa olacaq. Lakin bazarda baş verən proseslər bizim proqnozları doğrultmaya bilər. Çünki, manatın taleyi birbaşa bazarda baş verən proseslərdən asılıdır. Neftin qiymətini proqnozlaşdırmaq çətindir. Bizim 6 ay, 1 il əvvəl neftin qiyməti ilə bağlı verdiyimiz proqnozlar özünü doğrultmadı. Bilirsiniz ki, bir neçə ay əvvəl biz neftin qiymətinin 33 dollar olacağını proqnozlaşdırmışdıq. Amma indi qiymət bir qədər yüksəkdir. Bununla belə, neftin qiyməti ilə bağlı proqnoz vermək çətin olsa da, məlum olan odur ki, yaxın 12-18 ay ərzində neftin qiyməti 2-3 il əvvəlki kimi yüksək olmayacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272