BANK

Avropa bankının rəhbəri Azərbaycandadır
24 MAY
243

Avropa bankının rəhbəri Azərbaycandadır

2016-05-24 10:25:00

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabartinin Azərbaycana rəsmi səfəri başlayıb. Fins.az-ın Bankın Bakı ofisinə istinadən verdiyi xəbərə görə, Çakrabartinin bir sıra nazirlik və dövlət qurumlarında görüşlər kerçirəcəyi gözlənilir.  

Səfər çərçivəsində onun iqtisadiyyat naziri Şahin Mustafayev, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı və EBRD-nin əməkdaşlıq etdiyi kommersiya bankları ilə görüşləri planlaşdırılır. Səfər iki gün davam edəcək və mayın 25-də baş tutan mətbuat konfransı ilə səfər yekunlaşacaq.  

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272