BANK

Bağlanmış bankımız Koreya şirkəti ilə məhkəmə çəkişməsində
24 MAY
383

Bağlanmış bankımız Koreya şirkəti ilə məhkəmə çəkişməsində

2016-05-24 10:04:00

Cənubi Koreyanın “Daewoo İnternational Corporation” şirkəti “Evrobank”a qarşı qaldırdığı iddia əsasında çıxarılan məhkəmə qərarından kassasiya şikayəti verib. Fins.az-ın məlumatına görə, şikayətə sabah Ali Məhkəmədə, hakim Kəmallədin Bədəlovun sədrliyi ilə baxılacaq. 

Koreya şirkəti bankı ötən il məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Daewoo İnternational Corporation” borcun və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan koreyalılar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şirkətin şikayətini təmin etməyib. “Daewoo İnternational Corporation” həmin qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

“Evrobank”ın lisenziyasını 2015-ci ildə Azərbaycan Mərkəzi Bankı ləğv edib. Hazırda bank özü də məhkəmə yolu ilə lisenziyasını bərpa etməyə çalışır. 

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274