BANK

Bakıda Risk Forumu keçiriləcək
24 MAY
353

Bakıda Risk Forumu keçiriləcək

2016-05-24 09:46:00

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA: Accountansts and Risk Professionals Association) II Bakı Risk Forumunu keçirəcək. Tədbir 26 may 2016-cı il tarixində “Holiday İnn Baku” otelində saat 9:30-da baş tutacaq. 

Bu ilki forumun mövzusu “Gələcəyə baxış: Bank sektorunun qarşısında duran risklər və çağırışlar”dır.

Forumda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının rəhbərliyi, üzvləri, risklərin idarə olunması üzrə ekspert qrupu və “Risk” jurnalının təmsilçiləri, Azərbaycan Bank tədris Mərkəzi, Rusiyanın Risklərin İdarəedilməsi Cəmiyyəti, Beynəlxalq Maliyyə Təşkilatı, “Moody’s” , KPMG, E&Y, Deloitte kimi maliyyə və audit təşkilatları aktual mövzulara həsr olunmuş təqdimatalrla çıxış edəcəklər. 

Bu ilki forumda dövlət qurumları, mötəbər reytinq agentlikləri və qlobal auditor şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Qafqaz və Xəzər Universitetlərinin rəhbərləri və müvafiq fakultələrin dekanlarının Forumda iştirakı xüsusi əhəmiyyət daşıyır. 

Forumda müzakirə olunacaq əsas mövzular:

•             Bank və maliyyə bazarlarında, həmçinin sığorta sahəsində mövcud risklər,

•             Kredit siyasəti,

•             Qanunvericilik bazası,

•             Bank sektorunda müasir meyllər,

•             Maliyyə və risklərin idarə olunması sahəsində problemlər,

•             Kadr hazırlığı məsələləri

Qeyd edək ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası 19 mart 2009-cu ildə təsis edilib. Hazırda Assosiasiya 1000-dən çox fərdi, 20-dən çox korporativ üzvə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274