BANK

Maliyyə Nəzarəti Palatasında görüş keçirilib
23 MAY
988

Maliyyə Nəzarəti Palatasında görüş keçirilib

2016-05-23 19:55:00

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası ilə görüş keçirilib. Bu barədə fins.az-a Palatadan bildirilib. Görüşdə Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən Rüfət Aslanlı ölkəmizin maliyyə sektorunun inkişafı ilə bağlı BVF-nin verdiyi dəstəyi və töhfələri yüksək dəyərləndirib. Rüfət Aslanli BVF missiyasına Palatanın funksional fəaliyyətinin təmin edilməsi məqsədilə qısa vaxt ərzində həyata keçirilmiştəşkilati, institutsional və hüquqi quruculuq işləri barədə ətraflı məlumat verdi. Hökumətin geniş iqtisadi islahatlar gündəliyi, o cümlədən bank-maliyyə sisteminin mövcud vəziyyəti, qarşıda duran çağırışlar və onların aradan qaldırılması istiqamətində atılan addımlar görüş iştirakçılarının diqqətinə çatdırıldı.BVF missiyasının rəhbəri Məhəmməd əl-Qorçi bank sisteminin sağlamlaşdırılması istiqamətində həyata keçirilən əlaqələndirilmiş işləri yüksək qiymətləndirdiklərini bildirdi.

Görüşün zamanı maliyyə sistemi sahəsində BFV ilə potensialı əməkdaşlıq istiqamətləri, mümkün texniki dəstək və gələcək birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272