BANK

Bağlanan bankların əmanətçilərinə daha 24 milyon manat ödəndi
23 MAY
434

Bağlanan bankların əmanətçilərinə daha 24 milyon manat ödəndi

2016-05-23 19:43:00

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.

Əmanətlərin Sığortalanması Fondundan fins.az-a bildiriblər ki, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan "Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə 24 milyon 035 min manat, "Gəncəbank"ın qorunan əmanətçilərinə isə 871 min manat kompensasiya ödənilib.

Ərizə formalarını "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank"ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272