BANK

Hakerlər "Amrahbank"ın veb-saytını dağıdıb - YENİLƏNİB
21 MAY
957

Hakerlər "Amrahbank"ın veb-saytını dağıdıb - YENİLƏNİB

2016-05-21 10:09:00

“Amrahbank” ASC-nin rəsmi veb-saytı hakerlərin hücumuna məruz qalıb və dağıdılıb. 

Eləcə də bax: İŞİD hakerləri “Amrahbank”ın məxfi məlumatlarını ələ keçiriblər

Fins.az xəbər verir ki, saytı dağıdan haker öz adını “Shaco JX” kimi, ölkəsini isə Vyetnam kimi göstərib. Xatırladaq ki, hakerlərin «Amrahbank»ın saytına hücumu birinci dəfə deyil. Bankın saytı 2015-ci ilin 11 sentyabrında islamçı hakerlər tərəfindən dağıdılmışdı.   

Eləcə də bax: «Adətən oğurluğu bankların öz əməkdaşları edir» – MÜSAHİBƏ

Eləcə də bax:  Məşhur haker qrupundan mərkəzi banklara – XƏBƏRDARLIQ

Artıq bankın saytı ilə bağlı vəziyyət qismən düzəldilib. Hazırda amrahbank.az səhifəsinə (hakerlər bu sahifəyə hücum etmişdilər) daxil olanlar amrahbank.com ünvanına yönləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275