BANK

İpoteka kreditləşməsi nə zaman bərpa olunacaq? – NAZİR
20 MAY
539

İpoteka kreditləşməsi nə zaman bərpa olunacaq? – NAZİR

2016-05-20 16:29:00

“Dövlət ipoteka kreditləşməsinin bərpası İpoteka Fondunun yenidən qurulması üzrə hüququ sənədlərə baxıldıqdan sonra mümkün olacaq”.

Fins.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov ipoteka kreditlərinin gələn aydan bərpası ilə bağlı yayılan xəbərlərlə bağlı sualı cavablandırırarkən deyib.

 "Büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var. İpotekla Fondunun yenidən qurulması üzrə müəyyən hüququ sənədlər hazırlanır və hazırda aiddiyyəti səviyyələrdə baxılır.

Bu iş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək."-deyə, nazir qeyd edib.

Samir Şərifov Beynəlxalq Bankın toksik aktivlərinin təmizlənməsi ilə bağlı həyata keçirilən işlərdən danışıb. O, bu istiqamətdə işlərin davam etdirildiyini nəzərə çatdırıb. “

"Şübhəsiz əvvəl qiymətləndirmələr aparılır. Əvvəl bununla bağlı Mərkəzi Bankın, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasın müəyyən normativ sənədləri mövcuddur. Bu sənədlərə uyğun olaraq bankların aktivləri, yəni kreditləri təsnifləşdirilməsi həyata keçirilir. Təsnifləşməyə əsasən onların problemli və problemsiz olması müəyyən edilir”.

Nazir qeyd edib ki, təsnifləşməyə əsasən Beynəlxalq Bankda kifayət qədər müəyyən aktivlər problemli və toksik olduğu müəyyən edilib.

“Bu proses davam edir. Nəzərə almaq lazımdır ki, devalvasiya nəticəsində bir qədər əlavə problemlər bu bankda özünü biruzə verib. Palata yenidən aktivlərin təsnifləşdirilməsi nəticəsində problemin daha dəqiq səviyyəsi və məbləği müəyyən edəcək”.

Mənbə: Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272