BANK

Daha bir investisiya şirkəti yaradılır
20 MAY 2016
665

Daha bir investisiya şirkəti yaradılır

2016-05-20 14:26:00

“PSG-Broker” MMC  QSC-yə çevrildiyini elan edib. Fins xəbər verir ki, şirkət lisenziya alsa, qiymətli kağızlar bazarında müxtəlif xidmətlər göstərən altıncı investisiya şirkəti olacaq. 

Şirkət PSG qrupuna daxildir. Təsisçiləri barədə heç nə məlum deyil. Şirkət korporativ saytında (http://psgbroker.az/az/about) bu barədə məlumat verilməyib.

Məlumdur ki, “Cənub qaz dəhlizi” QSC-nin ümumi məbləği 2 mlrd 516 mln ABŞ dolları olan istiqrazlarının dörd buraxılışının yerləşdirilməsinin anderrayteri olub. “Cənub qaz dəhlizi” QSC-nin həmtəsisçisi Dövlət Neft Şirkətidir (SOCAR)

Dəqiqləşdirilməyən məlumata görə, “PSG-Broker” SOCAR-ın törəməsidir. Şirkətin Avropadan da həmtəsisçisi var. Şirkətin nizamnamə kapitalı 100 min manatdır. Direktoru bu yaxınlaradək Səbinə İsayeva olub. İndi bu vəzifəni Faiq Məmmədov tutur.  O, eyni zamanda qrupun hüquq şirkətinə rəhbərlik edir.

PSG qrupuna “PSG Resort”, “PSG Production”, “PSG Tax Consultig”, “PSG Low”, "PSG idarə sistemləri" və “PSG Finans” BOKT daxildir.   

Hazırda fond bazarında beş investisiya şirkəti iştirak edir: Unicapital, İnvest-AZ, Azfinance, Kapital Menecment və Pasha Kapital.   

Mənbə: “Turan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294