BANK

Azərbaycanda lotereya kartı buraxıldı
20 MAY
476

Azərbaycanda lotereya kartı buraxıldı

2016-05-20 12:46:00

Azərlotoreya “loto” həvəskarlarının işini asanlaşdırıb. Artıq lotoreya biletini “Lotokart”la almaq olar. “Lotokart” xüsusi balans artırma kartı olub, ödəniş etmək üçün bir növ plastik kartları əvəz edir. Yəni bilet almaq üçün mütləq nağd ödəniş etməyə ehtiyac olmayacaq.

“Azərlotoreya”dan Fins.az-a verilən məlumata görə, “Lotokart”lar yaxın bir həftə ərzində satışa buraxılacaq.  Onu lotereya satış məntəqələrindən və köşklərdən almaq olar. Qiyməti 5, 10 və 20 AZN dəyərində olacaq.

Lotokartdan istifadə üçün “Azerlotereya”nın rəsmi internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçmək və istifadəçi hesabı yaratmaq lazımdır.

Qeyd edək ki, 5/36, 6/40, Binqo, Klassik Loto və Super Loto oyunlarını Azerlotoreyanın rəsmi internet səhifəsinə daxil olaraq onlayn oynamaq mümkündür. 

LotoKartdan istifadə qaydaları aşağıdakı kimidir:

1. LotoKart balans artırma kartını əldə etdikdən sonra kartın üzərindəki boyanı ehtiyatla pozun

2. https://www.azerlotereya.com səhifəsindəki hesabınıza daxil olaraq “Balans artırmaq” bölməsinə keçin.

3. “LotoKart vasitəsi ilə balansı artırmaq” bölməsinə daxil olun və boyanın altındakı 16 rəqəmli şifrəni daxil edin. 

“5/36” lotereyasında bir variantın qiyməti 20 qəp., 6/40-da isə bir variantın qiyməti 25 qəp. təşkil edir. Bu oyunlar üçün bir biletin qiyməti  1 AZN təşkil edir. “Lotokart”ın üstünlüyü odur ki, bir kartla bir neçə dəfə oyun oynamaq mümkün olacaq. 

“5/36” və “6/40” lotereyasının biletlərini lotereya satış məntəqələrinnən elektron bilet formasında və hazır bilet formasında əldə etmək olar. Elektron biletləri lotereya terminalları vasitəsilə şifahi deməklə və yaxud pulsuz paylanılan blanklarda nömrələri qeyd etməklə əldə edilir.

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274